Icma.az
close
up
RU
Rusiyada miqrantalara sərt qadağa: Artıq bu da mümkün deyil

Rusiyada miqrantalara sərt qadağa: Artıq bu da mümkün deyil

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sankt-Peterburq şəhər hakimiyyəti patent əsasında çalışan xarici vətəndaşların taksi sürücüsü kimi işləməsinə qadağa qoyub.

Globalinfo.az xəbər verir ki, şəhər administrasiyasının yaydığı məlumata görə, müvafiq sərəncamı qubernator Aleksandr Beqlov imzalayıb. Sənədin 10 gün ərzində qüvvəyə minəcəyi bildirilir.

Qadağa 2025-ci ilin sonunadək qüvvədə olacaq və bu müddət ərzində işəgötürənlərə üç aylıq keçid dövrü tanınıb. Bu dövr ərzində taksi şirkətlərindən patentlə işləyən miqrant sürücülərlə əmək münasibətlərinə son qoymaq və onların yerinə yeni işçilər – əsasən Rusiya vətəndaşlarını işə götürmək tələb olunur.

Şəhər rəhbərliyi bu qərarın əsas məqsədinin taksi xidmətlərinin keyfiyyətini və təhlükəsizliyini artırmaq, eyni zamanda yerli əhali üçün əlavə məşğulluq imkanları yaratmaq olduğunu bəyan edib.

Qeyd edək ki, iyulun əvvəlində şəhər parlamentinin spikeri Aleksandr Belski bu cür qadağaların əmək bazarında balanssızlığa səbəb ola biləcəyini vurğulamışdı:

“Əgər miqrantlara taksidə işləməyi qadağan etsək, şəhərətrafı bölgələrdən olan bütün işçi qüvvəsi Sankt-Peterburqa axışacaq. Kimlər tarlada işləyəcək? Hamı taksi sürəcək.”

Xatırladaq ki, 2025-ci ilin əvvəlindən Rusiya Federasiyasının 49 regionunda miqrantların bəzi sahələrdə işləməsinə müxtəlif səviyyəli məhdudiyyətlər tətbiq edilib. Bu qadağaların əsas hədəfi Özbəkistan və Tacikistandan olan əmək miqrantları olub. Qərarların verilməsi 2024-cü ilin martında “Crocus City Hall”da baş verən terror aktından sonra ölkədə artan antimiqrant əhval-ruhiyyə ilə əlaqələndirilir. Hazırda Leninqrad, Tümen, Omsk, Maqadan, Çelyabinsk və Kamçatkada da oxşar qadağalar qüvvədədir.

Tahir Turan
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 İyul 2025 00:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri