Rusiyada miqrantların deportasiya xərcləri özlərindən tutula bilər
Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
Rusiyada əmək miqrantlarının ölkəyə daxil olarkən deportasiya xərclərini qarşılamaq üçün depozit ödəməsi təklif edilib.
Oxu.Az Gazeta.Ru-ya istinadən xəbər verir ki, bu təşəbbüslə "Ədalətli Rusiya" partiyasının sədri Sergey Mironov çıxış edib.
Deputatın fikrincə, belə bir mexanizmin tətbiqi vergi ödəyicilərinin vəsaitinə qənaət etməyə imkan verəcək.
Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Xidmətinin məlumatına görə, ilin əvvəlindən bəri ölkədən 100 mindən çox əcnəbi deportasiya edilib. Bu müddətdə deportasiya hallarının sayı 2.6 dəfə artıb.
Mironov bildirib ki, hüquq-mühafizə orqanları ölkədə qayda-qanunun təmin edilməsi istiqamətində fəaliyyətlərini gücləndiriblər. Lakin deportasiya olunanların sayının artması büdcə xərclərinin də çoxalmasına səbəb olur.
Onun sözlərinə görə, regionlar deportasiya xərclərini qarşılamaq üçün Moskvadan əlavə vəsait istəməli olurlar. Bundan başqa, biletlərin alınması və deportasiya edilən şəxslərin xüsusi mərkəzlərdə saxlanılması xərcləri də artır.
Partiya sədri təklif edib ki, miqrantlar sərhədi keçərkən xüsusi hesaba deportasiya xərclərini qarşılamaq üçün kifayət edəcək məbləğdə depozit ödəsinlər. Əcnəbi ölkəni könüllü tərk edərsə, həmin vəsait ona geri qaytarılacaq. Deportasiya olunacağı təqdirdə isə depozit ölkədən çıxarılma xərclərinin ödənilməsinə yönəldiləcək.
Mironov aztəminatlı miqrantların belə bir ödənişi etməyə imkanlarının olmadığı barədə arqumentlərlə razılaşmadığını bildirib. O vurğulayıb ki, Rusiya büdcə problemlərini həll etməli və vergi ödəyicilərinin vəsaitindən səmərəli istifadə etməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 10 Oktyabr 2026 09:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















