Rusiyada MMA turnirində kütləvi dava: Tamaşaçılar döyüşçülərə və təhlükəsizlik əməkdaşlarına qarşı
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın Xantı-Mansi Muxtar Dairəsinin ən böyük şəhəri olan Surqutda ötən həftəsonu qarışıq döyüş növləri (MMA) üzrə turnir zamanı insident baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Yuqra üzrə İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, idmançılar arasında baş verən döyüşlərin birində birbaşa oktaqonun özündə əlbəyaxa dava düşüb, nəticədə döyüşçülərdən biri, hətta hakimə zərbə endirib və hakim yıxılıb.
Bunu görən qəzəbli tamaşaçılar döyüşçüləri ayırmaq üçün rinqə qaçıblar. Lakin turnir təşkilatçıları təhlükəsizlik əməkdaşlarının köməyi ilə rinqə qaçan azarkeşləri uzaqlaşdırmağa çalışıblar ki, bu da vəziyyəti daha da pisləşdirib. Nəticədə oktaqonun yaxınlığında döyüşçülərin, tamaşaçıların və təhlükəsizlik əməkdaşlarının iştirakı ilə əsl kütləvi dava baş verib.
Hadisənin videosu qısa zamanda sosial şəbəkələrdə yayılaraq böyük səs-küy yaradıb.
Polis artıq hadisə ilə bağlı araşdırmalara başlayıb və nəticələrə əsasən, prosessual qərar veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 05 May 2025 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















