Rusiyada qalmaqallı təyinat
Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyanın Belqorod vilayətində qubernator administrasiyasına yeni rəhbər təyin olunan Konstantin Tkaçenkonun keçmiş əlaqələri və barəsində səsləndirilən korrupsiya iddiaları diqqət çəkib.
"Bakupost" Musavat.com-a istinadla xəbər verir ki, Belqorod Vilayət Dumasının deputatları Konstantin Tkaçenkonun qubernator administrasiyasının rəhbəri, Aleksandr Şuvayevin isə qubernator müavini vəzifəsinə təyin edilməsini təsdiqləyiblər.
Rucriminal.info saytının iddiasına görə, Tkaçenko Çeçenistan rəhbəri Ramzan Kadırovun yaxın çevrəsi, eləcə də Batal-Hacı Belxoroyev klanının nümayəndələri ilə əlaqələrə malikdir. Məlumata görə, Tkaçenko Moskva Dövlət Universitetində təhsil aldığı illərdə Kadırovun qardaşı oğlu Yaqub Zakriyev, Donetskdəki separatçı administrasiyanın rəhbəri Denis Puşilinin köməkçisi Yakov Xaçanyan və Belxoroyev ailəsinin üzvləri ilə yaxın münasibətlər qurub. Bu şəxslərin sonradan iri biznes strukturlarında və dövlət idarəçiliyində yüksək mövqelərə yüksəldiyi qeyd olunur.
Araşdırma müəlliflərinin iddiasına əsasən, Tkaçenko Xaçanyan və Nikita Kulakovla birlikdə dövlət vəsaitlərinin mənimsənilməsi sxemlərində iştirak etməkdə ittiham olunan “Ekoloji Nəzarət Sistemləri” şirkətinə sahib olub.
Nəşrlər həmin çevrənin əvvəllər iş adamlarından pul almaqla bağlı cinayət işində də adının hallandığını, lakin istintaq məsələsinin müstəntiq Levon Ağacanyana 600 min dollar rüşvət verilməsi yolu ilə həll edildiyini iddia edirlər.
O da bildirilir ki, bu çevrəyə daxil olan Yaqub Zakriyev 2023-cü ildə Rusiyanın müvəqqəti idarəçiliyinə verilmiş Danone aktivlərinin baş direktoru, Yakov Xaçanyan isə şirkətin direktorlar şurasının üzvü təyin olunub.
Araşdırmada adı çəkilən digər şəxs Aleksandr Varziyevin də nüfuzlu siyasi əlaqələrə malik olduğu bildirilir. Onun qayınatası Dövlət Dumasının deputatı Zurab Makiyevdir.
Verilən xəbərlərə əsasən, mütəşəkkil cinayətkar qrupun rəhbəri Aslan Qaqiyev məhkəmədə 2008-ci ildə Şimali Osetiyanın baş nazir müavini Kazbek Paqiyevin Makiyevin sifarişi ilə öldürüldüyünü söyləyib.
Qeyd edək ki, Tkaçenko və digər şəxslərlə bağlı korrupsiya və cinayət xarakterli iddialar sözügedən araşdırma layihələrinə məxsusdur. Onların məhkəmə qaydasında təsdiqləndiyinə dair məlumat təqdim olunmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 15 Oktyabr 2026 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















