Rusiyada Şimali Koreya hərbçilərinə abidə ucaldılacaq
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Rusiyada Koreya Xalq Demokratik Respublikaslndan olan hərbçilərin şərəfinə abidə ucaldılacaq.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Şimali Koreya hərbçilərinin Kursk vilayətində hərbi əməliyyatlarda iştirakı hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin praktiki təcəssümüdür.
“Bu yaxınlarda Pxenyanda qəhrəmanların abidəsi açılıb və biz Rusiya Federasiyası ərazisində də eyni jestlə cavab verəcəyik”, - Rusiya XİN başçısı deyib.
Qeyd edək ki, Pxenyanda Kursk vilayətində ölən Şimali Koreya hərbçilərinin şərəfinə küçə və muzey açılıb.
Xatırladaq ki, 2024 və 2025-ci illərdə Şimali Koreyanın Rusiya Federasiyasına ümumilikdə 15 min hərbçi göndərdiyi məlum olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 24 Mart 2026 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















