Rusiyada tükürpədən HADİSƏ: Baba nəvəsini illərlə zorlayıb
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Rusiyanın Leninqrad vilayətində 57 yaşlı kişi 12 yaşlı nəvəsini cinsi istismar etməkdə şübhəli bilinərək həbs edilib.
Oxu.Az xəbər verir ki, məlumatı Gazeta.ru yayıb.
Hadisə Qatçina şəhərində baş verib. Yerli sakin öz nəvəsinə qarşı zorakı xarakterli cinsi əməllər törətməkdə günahlandırılır.
İlkin məlumata görə, kişi həyat yoldaşının (qızın nənəsinin) evdə olmadığı vaxtlardan istifadə edərək, uşağın 10 yaşı olandan etibarən onu zorlamağa başlayıb.
Məktəbli qız iki il boyunca baş verənləri böyüklərə danışmağa cəsarət etməyib. Daha bir zorlamadan sonra o, "etimad telefonu" xidmətinə müraciət edib. Uşağı dinləyən psixoloq hadisə haqqında hüquq-mühafizə orqanlarına məlumat verib.
Şübhəli baba saxlanılıb. Əgər kişinin günahı sübuta yetirilsə, ona 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 03 May 2025 06:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















