Rusiyada üç yaşayış məntəqəsi su altında qalıb
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
"Rusiyanın Krasnodar diyarının Tuapse rayonunda bələdiyyə xarakterli fövqəladə vəziyyət elan edilib".
Oxu.Az-ın xəbərinə görə, bunu diyarın qubernatoru Veniamin Kondratyev "Telegram" kanalında bildirib.
Bildirilir ki, bələdiyyə ərazisində yağan güclü yağış nəticəsində Novomixaylovsk qəsəbəsini, Moldavanovka və Defanovka kəndlərini su basıb.
Lermontovo kəndində əlverişsiz hava şəraiti səbəbindən körpü uçub. Defanovka kəndi ərazisində içərisində 25 nəfərin olduğu avtobus çaya düşüb, hamı xilas edilib. Sinoptiklərin məlumatına görə, avqustun 4-də leysan, şimşək çaxacağı, dolu düşəcəyi, güclü küləyin əsəcəyi gözlənilir.
Qasırğa avqustun 3-də Krasnodar diyarını əhatə edib, bölgədə fırtına xəbərdarlığı elan edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 03 Avqust 2025 18:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















