Icma.az
close
up
RU
Rusiyadan deportasiya olunma səbəbim bu deyil Badamov KONKRET

Rusiyadan deportasiya olunma səbəbim bu deyil Badamov KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

KONKRET.az Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Badamovun APA-ya müsahibəsini təqdim edir:

– Rusiyaya səfəriniz zamanı baş verənlər sizin üçün nə dərəcədə gözlənilən idi?

– Mayın 4-də Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Rusiyanın Həştərxan vilayətinə səfərə yollanmışdıq. Təyyarə ilə Moskvaya, oradan isə Həştərxana uçmalı idik. Nümayəndə heyətinə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı, həmkarım Elman Nəsirov və mən daxil idim. Moskvada Şeremetova Hava Limanında sərhəd-keçid prosedurlarını normal keçəndən sonra Həştərxana təyyarə gözlədiyimiz zaman Rusiyanın Federal Sərhəd Xidmətinin əməkdaşları mənə yaxınlaşdılar və dedilər ki, sizin ölkəyə girişiniz ilə bağlı aydınlaşdırılmalı məsələlər var.

Araşdırma üçün onlarla bir yerdə məlumat bazasına baxılması ilə əlaqədar kompüter olan xüsusi otağa getdik. Bir müddətdən sonra həmin Xidmətin rəisi əlində bir kağız bildirişlə mənə yaxınlaşdı və qeyd elədi ki, siz bu bildirişə imza atmalısınız, Rusiyaya girişiniz qadağan olunub. Bildirildi ki, geri qayıtmalıyam. Bildirişdə qeyd olunmuş məsələ ümumiyyətlə həqiqətdən uzaq bir məsələ idi. Deportasiya üçün məni müəyyən olunmuş əraziyə apardılar. Orada 4 saatdan çox gözləməli oldum və 4 saatdan sonra Bakıya qayıdan təyyarəylə məni Bakıya yola saldılar.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı və həmkarım Elman Nəsirov Həştərxana yola düşdülər, keçirilən tədbirlərdə də iştirak ediblər.

Burada bir anlaşılmazlıq var. Çünki bundan əvvəl 17-20 aprel tarixlərində Dağıstan Xalq Məclisinin 30 illik yubileyi tədbirlərinə qatılmışdıq. Aprelin 17-də dövlət sərhədini normal şəkildə keçmişik, hər hansı bir qadağanın olması haqqında xəbərdarlıq yox idi. Ancaq üzərindən qısa bir müddət keçəndən sonra Həştərxanda keçirilən tədbirlə əlaqədar səfər zamanı Moskvada bildirildi ki, Rusiyaya girişim qadağan olunub və əgər qeyri-qanuni şəkildə gəlsəm, cinayət məsuliyyətinə cəlb olunacam. Bunlar əsassız iddiadır.

– Sizə qarşı hansı iddia irəli sürülüb?

– Bildirişdə qeyd olunmuşdu ki, Rusiya Federasiyasının “Rusiya Federasiyasından çıxma və Rusiya Federasiyasına daxil olma qaydası haqqında” Federal Qanununun 26 və 27-ci maddələrinə uyğun olaraq Rusiyaya daxil olmağıma icazə verilmir. Söhbət Rusiyanın təhlükəsizliyi və ya ictimai-siyasi sabitliyi ilə bağlı məsələdən gedir.

– Yəni açıq bildirilmədi ki, konkret hansı açıqlamanıza, fəaliyyətinizə görə həmin maddələrin tələblərini pozmusunuz?

– İndiyə qədər də Rusiya tərəfi bununla bağlı heç bir açıqlama verməyib.

– TASS diplomatik mənbəyə istinadən bir növ Rusiyanın mövqeyini çatdırmışdı. Arqumentlərdən biri bu idi ki, Azərbaycan da bir sıra rusiyalı deputatların girişinə qadağa qoyub, bu da fərdi şəkildə qadağadır.

– Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü kimi həmişə Rusiya–Azərbaycan əlaqələrinin inkişafına müsbət yanaşmışam və bu əlaqələrin daha da inkişaf etməsinə töhfə verəcək fikirlər ifadə etmişəm. TASS-ın yaydığı məlumatda qeyd olunanlar həqiqətdən uzaqdır.

Rəsmi Bakı anti-Azərbaycan fikirlərinə görə Rusiya parlamentinin bəzi üzvlərinin ölkəyə girişinə qadağa qoyub. Yəni onlar Azərbaycan dövlətçiliyinə xələl gətirəcək ifadələr səsləndirdiklərinə görə qadağaya məruz qalıblar. Mənim Rusiya dövlətinə qarşı heç bir fikrim olmayıb. Mən yalnız Azərbaycan xalqını təhqir edən deputatın dediklərinə cavab vermişəm. Yəni deportasiya olunma səbəbi ilə göstərilən arqumentlər tamamilə yanlışdır. Bir daha qeyd edirəm ki, mənim Rusiya dövlətinə və xalqına qarşı heç vaxt neqativ fikrim olmayıb.

Çox arzulayardım ki, Rusiyanın Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirsin, baş verənlərə düzgün, obyektiv bir izah versin. Bu günə qədər Rusiya Xarici İşlər Nazirliyi məsələyə aydınlıq gətirməyib.

– Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunda fəaliyyətinizi davam etdirəcəksiniz?

– Rusiya tərəfi bu qərarda yanlışlıq olduğunu qəbul etsə, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü kimi fəaliyyətimi davam etdirəcəm. Əks halda, yəni qadağa davam edərsə, bu qrupda qalmağım mümkün olmayacaq.

– Rusiya–Azərbaycan münasibətlərinin gələcəyi ilə bağlı fikirləriniz necədir?

– Azərbaycan və Rusiya arasında 2022-ci ilin fevralına müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalanıb və bu sənəd əsasında iki ölkə arasında əməkdaşlıq davam edir. Amma çox təəssüf ki, bu Bəyannamənin ruhuna uyğun gəlməyən belə hərəkətlər baş verir. Bu da, təbii ki, iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsinə kölgə salır.

– Yeri gəlmişkən, Azərbaycan-Rusiya münasibətlərinə kölgə salan təyyarə qəzası məsələsi də var. Ötən dövr ərzində təyyarə qəzası ilə əlaqədar Rusiya tərəfi demək olar ki, istintaq hərəkətləri aparmır, həbs edilənlər, saxlanılanlar yoxdur və bu da Azərbaycan tərəfini narazı salır. Bu məqam Rusiya–Azərbaycan münasibətlərinin inkişafına nə dərəcədə mane olur?

– Təyyarə qəzası və mənə qarşı qoyulmuş qadağa Rusiya–Azərbaycan münasibətləri baxımından yaxşı bir göstərici deyil. Əgər münasibətlərimiz qarşılıqlı hörmət əsasında davam etdirilməlidirsə, belə hadisələrə yol verilməməlidir. Əgər anlaşılmazlıqlar baş verirsə, bu, ikitərəfli qaydada araşdırılmalı və aydınlıq gətirilməlidir. Gizli məqamlar qalmamalıdır.

Hər bir halda təyyarə ilə bağlı hadisə Rusiyanın ərazisində, Rusiyanın hərbçiləri tərəfindən törədilib. Rusiya buna görə rəsmi şəkildə üzr istəməli və müvafiq kompensasiyalar ödəməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 May 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see295

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see177

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see151

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see150

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see143

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see140

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see140

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see137

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see130

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see127

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see126

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see124

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see124

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see124

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see124

Qurban Qurbanov: Bunlar işimizi bir az da asanlaşdırdı

21 Sentyabr 2025 19:28see122

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see121

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see121

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see119

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri