Icma.az
close
up
RU
Rusiyadan göndərilən vəsaitlərdə kəskin azaldı Nə baş verir?

Rusiyadan göndərilən vəsaitlərdə kəskin azaldı Nə baş verir?

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

2025-ci ilin ilk rübündə Azərbaycana Rusiya Federasiyasından fiziki şəxslərin pul köçürmələrinin həcmi azalaraq 85 milyon 651 min ABŞ dolları təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 69 milyon 725 min ABŞ dolları və ya 44,9% azalıb.

Xatırlatma üçün bildirək ki, 2024-cü ilin ilk rübündə Azərbaycana Rusiyadan köçürülmüş fiziki şəxslərin pul köçürmələrinin həcmi 155 milyon 376 min ABŞ dolları olub.

Hesabat ilində Azərbaycana ümumi pul köçürmələrində Rusiyanın payı 37,3% təşkil edib. 2024-cü ilin ilk rübündə isə bu göstərici 52,8% idi.

Azalma nə ilə bağlıdır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, azalmanın səbəbi bəllidir:

"Rusiyanın iqtisadi və sosial həyatında hazırda ciddi problemlər yaşanır. Bu səbəbdən də oradakı azərbaycanlılar da daha əvvəlki kimi qazana bilmirlər. Üstəlik valyuta çıxışı imkanları məhduddur. Son bir-iki ayda rubl möhkəmlənib. Amma ilin əvvəlində rubl bu qədər möhkəm deyildi. Bunun da azalmaya təsirləri var. 

Ümumiyyətlə, miqrantlara münasibət Rusiyada dəyişib.

İş yerlərinin tapılması çətinləşib. Bundan başqa Rusiyanın daxilində qeyri-nağd dövriyyə artıb. Bu da təsirsiz qalmır. Yəni göndərilən pulun azalmasının müxtəlif səbəbləri var. Təsadüfi deyil ki, azalma trendi 2020-2021-ci illərdən başlayıb. Rusiya-Ukrayna müharibəsinin başlaması ilə bu trend daha da dərinləşib. Ona görə də Rusiyadan gələn vəsaitin həcmi ilbəil azalır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 İyun 2025 20:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri