Icma.az
close
up
RU
Rusiyadan heyvan idxalında monopoliya yaradan, iki dəfə tutulan Dadaş Şükürov kimdir? Sensasion adlar...

Rusiyadan heyvan idxalında monopoliya yaradan, iki dəfə tutulan Dadaş Şükürov kimdir? Sensasion adlar...

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Azərbaycanda son illər iribuynuzlu heyvanların idxalı ilə bağlı ciddi bir inhisarçılığın hökm sürdüyü haqda həyəcan təbili çalınır. İş adamları, fermerlər, bu sahə üzrə fəaliyyət göstərənlər iddia edirlər ki, yaranmış vəziyyət dana ətinin qıtlığına səbəb olmaqdadır. Çünki inhisarçılıq, monopoliya halları həm də defisitə gətirib çıxarır. Xüsusən də Rusiyadan iribuynuzlu heyvanların idxal edilməsi ilə bağlı problemlər səslənməkdədir. Bildirilir ki, monopoliya yaradılması səbəbindən göndərilən sorğulara Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən cavab verilmir. Bu da birbaşa inhisarçılıqla əlaqələndirilir. Məsələ ilə bağlı Anaxeber.info-ya təfsilatı ilə məlumatlar verilib. Qeyd olunur ki, hazırda iribuynuzlu heyvanların idxalı ilə bağlı monopoliya yaradan kommersiya strukturu "Full - D" şirkətidir. Şirkətin sahibi Dadaş Şükürovdur. D. Şükürovun rəhbərlik etdiyi firma qonşu ölkədən mal-heyvan idxalını həyata keçirir. Ölkə üzrə bu idxalın reallaşdırılması üçün başqa şirkətlərə şərait yaradılmır və AQTA ciddi məhdudiyyət yaradır. Yeri gəlmişkən, Dadaş Şükürov təkcə "Full - D" şirkətinə rəhbərlik etmir, o cümlədən "Aqrora", "Aqromed" və "Aqrounion 2024" firmalarının da ona məxsus olduğu xəbər verilir. Məlumat üçün onu da vurğulayaq ki, Dadaş Şükürov Laçın rayonunun Cicimli kəndindəndir. O da bildirilir ki, onun dövlətə 1.4 milyon manat vergi borcu mövcuddur. Bundan əlavə, o, 2003-cü ildə həbs edilib. İş adamı 308.2 və 177.3.2 maddələri ilə ittiham olunub. Bu maddələr üzrə məhkəmə onu 7 il azadlıqdan məhrum edib. Eyni zamanda, o da deyilir ki, Dadaş Şükürov 2017-ci ildə yenidən həbs edilib. Bu dəfə Pirallahı rayonundakı neft kəmərlərini satmaq ittihamı ilə saxlanıb. İndisə biznes fəaliyyəti ilə məşğul olan Dadaş Şükürov Rusiyadan mal-heyvan idxalına görə inhisarçılıq yaratmaqda ittiham edilir. Lakin onun təkbaşına bu işlərin öhdəsindən gəlmədiyi vurğulanır. İddialara görə, Dadaş Şükürova himayədarlıq edən iki əsas və böyük güc var - biri professor, milyarder İlham Rəhimovun Azərbaycandakı işlərini görən Teyyub Hüseynov, digəri isə professorun oğlu, Xaçmaz Gömrük İdarəsinin rəisi Pərviz Rəhimovdur. Həmçinin, Dadaş Şükürova dəstək verən tərəflərdən birinin də AQTA sədrinin müavini Balarəhim Quliyev və baş baytar Qalib Əbdüləliyev, eləcə də AQTA-nın Sumqayıt regional idarəsi rəisi olduğu deyilir. Bir sözlə, "Full - D" yüksək səviyyədə aldığı dəstək hesabına iribuynuzlu heyvanların idxalında monopoliya "kralı"na çevrilib. Göründüyü kimi, həm gömrük, həm qida sektorundan mühüm himayəsi var. Amma idxal edilən heyvanların virus, xəstəlik daşıyıcısı olub-olmadığını müəyyən etmək çətindir. Ona görə də gömrük orqanlarında və AQTA-da ciddi dəstəyə malikdir. Həmçinin, professorun yaxın adamının da ona dayaq olması bu biznesi genişləndirməsinə səbəb olmaqdadır. Bununla belə səslənən iddiaları dəqiqləşdirmək, media prinsiplərinə uyğun olaraq qarşı tərəfi dinləmək üçün yazıda adı keçən bütün şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.

Anaxeber.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 04 Dekabr 2024 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri