Rusiyadan İsrailə: Bu sözlər yersizdir!
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrail liderlərinin İrandan gələn "nüvə Holokostu" təhlükəsinin aradan qaldırılması ilə bağlı açıqlamaları yersizdir.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O bildirib ki, bu cür müqayisələr İkinci Dünya Müharibəsinin bütün qurbanlarına qarşı hörmətsizlikdir.
"İranın İsrailə qarşı "nüvə Holokostu" təhdidi kontekstində Auşvitz, Maydanek və Sobibordan bəhs etmək İkinci Dünya Müharibəsinin bütün qurbanlarına, Sovet xalqının soyqırımı qurbanlarına, Holokost qurbanlarına və ölüm düşərgələrini azad edən Qırmızı Ordu əsgərlərinə qarşı hörmətsizlik əlamətidir. Bu, yersizdir, anlayışları və tarixi faktları təhrif edir", - deyə Zaxarova bildirib.
Qeyd edək ki, Benyamin Netanyahu İranın “digər bir Holokost” planlaşdırdığı və İsrailin fəaliyyəti olmasaydı İsfahan, Natanz, Fordo və Buşehr adlarının Auşvitz, Maydanek və Sobibor adları ilə eyni səslənəcəyini söyləmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 21 Aprel 2026 22:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















