Rusiyadan miqrantlara növbəti qadağa xarici sürücülük vəsiqəsinə icazə VERİLMİR
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya Federasiyası miqrantlarla bağlı qanunları sərtləşdirməkdə davam edir. Bu dəfə isə miqrantlar üçün xarici sürücülük vəsiqələri ilə avtomobil idarə etmək qadağa olunub.
Bu haqda Redaktor.az-a Rusiyada yaşayan soydaşlarımız məlumat veriblər.
Onların sözlərinə görə, bununla bağlı artıq yol polisi tərəfindən reydlər keçirilir və artıq onlarla sürücü saxlanılıb. Soydaşlarımızın sözlərinə görə, xarici sürücülük vəsiqəsi ilə avtomobil idarə edənlər əsasən Rusiya vətəndaşı olmayan şəxslərdir. Təbii ki, şəxsin Rusiyaya Federasiyasına məxsus sürücülük vəsiqəsi olması üçün ilk növbədə o Rusiya vətəndaşı olmalıdır. Bildirilir ki, xarici sürücülük vəsiqəsi ilə miqrantlara avtomobil idarə etmək qadağan olunmaqda davam etsə, minlərlə sürücü işsiz qalacaq. Çünki onların əksəriyyəti həm də taksi fəaliyyəti ilə məşğuldur.
Vasif
Baxış sayı:100
Bu xəbər 04 Aprel 2025 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















