Icma.az
close
up
RU
Rusiyadan miqrantlarla bağlı sərt qərar: Sentyabrın 1 dən etibarən...

Rusiyadan miqrantlarla bağlı sərt qərar: Sentyabrın 1 dən etibarən...

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya Dövlət Duması miqrantlarla bağlı tibbi müayinənin qaydalarını sərtləşdirən və bu prosedurdan yayınmaya görə ağır cərimələr nəzərdə tutan genişmiqyaslı qanun layihəsini birinci oxunuşda qəbul edib. Layihə spiker Vyaçeslav Volodinin rəhbərliyi ilə deputatların böyük qrupu tərəfindən irəli sürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Sənədə əsasən, Rusiyaya daxil olan xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər ölkəyə girişdən sonra 30 gün ərzində tibbi müayinədən keçməli olacaqlar. Əgər onların ölkədə qalma müddəti bir aydan çox olarsa, bu müayinə hər il təkrarlanmalıdır.

Tibbi müayinənin xərcləri miqrantların özləri tərəfindən ödəniləcək. Müayinə zamanı təhlükəli yoluxucu xəstəliklərin, HİV-in və narkotik vasitələrdən istifadənin olub-olmaması yoxlanılacaq. Bu prosedurdan keçmək iş, yaşayış icazəsi və ya patent almaq üçün məcburi şərt olacaq.

Qanun layihəsinin əsas yeniliklərindən biri inzibati məsuliyyətin tətbiq edilməsidir. Tibbi müayinədən imtina edən və ya ondan yayınan miqrantlar 25 min rubldan 50 min rubladək cərimə olunacaq və onların ölkədən çıxarılması mümkünləşəcək. Cərimə vaxtında ödənilməzsə, məbləğ ikiqat artırılacaq.

Eyni zamanda, tibbi müayinənin aparılması qaydalarını pozan təşkilatlar üçün də sərt sanksiyalar nəzərdə tutulur. Belə hallarda 1 milyon rubla qədər cərimə və ya fəaliyyətin 90 gün müddətinə dayandırılması tətbiq oluna bilər.

Müayinələrin nəticələri vahid elektron sistemə daxil ediləcək. Əgər miqrantda təhlükəli xəstəlik və ya narkotik istifadəsi faktı aşkarlanarsa, tibb müəssisələri bu barədə Rusiya Daxili İşlər Nazirliyini və “Rospotrebnadzor”u məlumatlandırmalı olacaqlar. Bu isə deportasiya ilə bağlı qərarın verilməsinə əsas yarada bilər.

Qanun layihəsi qəbul edilib prezident tərəfindən imzalandığı təqdirdə, yeni qaydalar 1 sentyabr 2026-cı ildən qüvvəyə minəcək.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Fevral 2026 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri