Icma.az
close
up
RU
Rusiyadan qaz alışını bərpa etmək təklifi Trampı qəzəbləndirib Aİ enerji komissarı Vaşinqtona gedib

Rusiyadan qaz alışını bərpa etmək təklifi Trampı qəzəbləndirib Aİ enerji komissarı Vaşinqtona gedib

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bəzi avropalı rəsmilər Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymağın potensial həll yolu kimi Rusiya qazının Avropa İttifaqına (Aİ) boru kəməri ilə tədarükünün bərpa edilib-edilməməsi ilə bağlı müzakirələr aparır.

“AzPolitika” xəbər verir ki, bu barədə yanvarın 30-da diplomatik mənbələrə istinadən “Financial Times” (FT) qəzeti məlumat yayıb. ”Rusiya qazının alışının bərpası ideyasının tərəfdarları bunun Avropada yüksək enerji qiymətlərini aşağı salacağını, eləcə də Moskvanı danışıqlar masası arxasına keçməyə sövq edəcəyini və hər iki tərəfə atəşkəs rejiminin tətbiqi və saxlanmasına əsas verəcəyini iddia edirlər”, - məqalədə bildirilir.

Qəzet yazır ki, Rusiya qazının Avropaya nəqlinin bərpası ideyası əvvəlki müzakirələrdə Ukraynanın Aİ-dəki ən yaxın müttəfiqləri arasında artıq mənfi reaksiyaya səbəb olub.

Müzakirələrlə tanış olan üç məmur FT-yə bildirib ki, bu ideya bəzi Almaniya və Macarıstan rəsmiləri tərəfindən bəyənilib və digər Aİ paytaxtlarının dəstəyi ilə bunu Avropanın enerji xərclərini azaltmaq üçün bir yol kimi görürlər.

Qeyd olunu ki, Rusiya qazının boru kəmərləri ilə Avropaya axınının bərpası Moskvanın gəlirlərini xeyli artıracaq. Genişmiqyaslı müharibədən əvvəl Rusiyadan bu cür qaz axını Aİ-yə ümumi tədarükün təxminən 40%-ni təşkil edirdi və Almaniya ən böyük idxalçı idi.

“ABŞ-nin yeni Prezidenti Donald Tramp Qərb paytaxtlarında Moskva ilə uzunmüddətli razılaşma üçün belə müzakirələrin “tezliklə” dayandırılmasını tələb edir. Tramp həmçinin Aİ-ni Amerikadan daha çox mayeləşdirilmiş təbii qaz almadığı təqdirdə tariflərlə hədələyib – belə tədarüklər boru kəməri axınlarından daha bahadır”, - media qeyd edir.

Rusiya qazının boru kəməri ilə tədarükünün bərpası ilə bağlı söhbətlər Brüsseldəki rəsmiləri və bəzi Şərqi Avropa ölkələrinin diplomatlarını qəzəbləndirib, onların çoxu son üç il ərzində Rusiyadan enerji alışını azaltmağa çalışıb. Jurnalistlərin yazdığı kimi, məmurlardan biri bu variantı “dəlilik” adlandırıb.

Rusiyadan Aİ-yə boru kəmərləri vasitəsilə qaz axını ilə bağlı yenidən müzakirələr Avropa şirkətləri ilə uzunmüddətli tədarük müqavilələri imzalamaq istəyən bəzi ABŞ LNG ixracatçılarını narahat edib. Məqalə müəllifləri hesab edirlər ki, amerikalı təchizatçılar Rusiya qazının Ukrayna vasitəsilə Avropaya tranzitinin bərpasının onların məhsullarını rəqabətsiz hala sala biləcəyindən narahatdırlar.

FT xəbər verir ki, Avropa Komissiyasının enerji siyasəti üzrə yüksək səviyyəli rəsmilərindən biri Ditte Juul Jorgensen bu həftə ABŞ-yə gəlib və burada uzunmüddətli tədarükləri müzakirə etmək üçün LNG ixracatçıları ilə görüşür.

Aİ-nin məqsədi 2027-ci ilə qədər öz enerji sistemini Rusiyanın qalıq yanacaqlarından azad etməkdir. Aİ-nin enerji komissarı Dan Yorgensen mart ayında müvafiq planı təqdim etməlidir. Lakin Aİ ağır sənayesinin acınacaqlı vəziyyəti Avropa ölkələrinin daha ucuz enerji mənbələrinə ehtiyacını artırıb. Nəşr qeyd edir ki, Avropada qazın qiyməti adətən ABŞ-dəkindan 3-4 dəfə bahadır.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 Yanvar 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri