Rusiyadan Ukraynaya kütləvi hava hücumu 90 pilotsuz uçuş aparatı məhv edilib
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ötən gecədən başlayaraq Rusiya Ukraynaya qarşı genişmiqyaslı hava hücumu həyata keçirib.
Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Məlumata görə, ümumilikdə 107 hava hücum vasitəsi istifadə olunub. Onlardan 90-ı – əsasən “Shahed” tipli zərbə dronları və digər pilotsuz uçuş aparatları Ukraynanın hava əlumata hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.
Həmçinin bir “İskəndər -K” qanadlı raketi də vurulub.
Hücumlar Rusiya ərazisindən – Bryansk, Kursk, Şatalovo, Millerovo, Primorsko-Axtarsk, eləcə də Rusiya tərəfindən işğal edilmiş Krım ərazisindəki Çauda və Qvardeyskoye bölgələrindən həyata keçirilib.
Zərbələr əsasən Odessa, Nikolayev, Sumı, Xarkov, Donetsk, Çerkassı və Zaporojye vilayətlərinə endirilib.
İlkin məlumatlara görə, ümumilikdə 13 pilotsuz uçuş aparatı və 3 raket 11 fərqli məkanda hədəfə düşüb. Həmçinin, vurulmuş dronların qalıqları 6 fərqli ərazidə aşkar edilib.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 24 İyul 2025 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















