Rusiyalı dənizçilər İran limanında girov qalıb Onlara sahilə çıxmaq qadağan edilib
Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İranın Əmirabad limanında lövbər salmış gəmidə çalışan rusiyalı dənizçilər artıq bir neçə aydır sahilə çıxmalarına icazə verilmədiyini və əməkhaqlarının ödənilmədiyini bildirirlər.
Bakupost.az xəbər verir ki, ekipaj üzvlərindən birinin Rusiya mediasına verdiyi məlumata görə, dənizçilər altı ay əvvəl İran şirkəti ilə rəsmi müqavilə imzalayıblar. Sənədə əsasən, ekipaj dörd ay işləməli, beşinci ayda isə sahilə çıxaraq vətənə qayıtmalı idi. Lakin tərəflər işə başlayandan az sonra əməkhaqqı ödənişlərində gecikmələr yaranıb.
Gəmi sentyabr ayında plan üzrə İranın Əmirabad limanına daxil olub. Bundan sonra şirkət komandanın sahilə çıxmasına qadağa qoyub. Dənizçilər bildirirlər ki, gəmidə sağlamlıq problemləri səbəbindən bir vətəndaşın səhhəti pisləşib. Lakin İran şirkətinin rəhbərliyi indiyə qədər heç bir tədbir görməyib.
Ekipaj üzvləri nə maaş ala bilirlər, nə də gəmini tərk etmək imkanı var. Əvvəlcədən deyilmişdi ki, dekabr ayında növbə dəyişikliyi olacaq və onlar sərbəst buraxılacaqlar. Lakin hələlik heç bir irəliləyiş yoxdur.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Dəməşqdə küçəyə çıxmaq qadağan edilib
09 Dekabr 2024 10:10
Prezidentə ölkədən çıxmaq qadağan edildi
09 Dekabr 2024 16:52
Rusiyalı alimlərə əcnəbilərlə işləmək qadağan edilib
28 Noyabr 2025 21:57
Plastik cərrahlara efirə çıxmaq qadağan edilib? Rəsmi CAVAB
15 Yanvar 2025 12:32
Keçmiş nazirə ölkədən çıxmaq QADAĞAN EDİLDİ
19 May 2025 16:18
Baxış sayı:56
Bu xəbər 05 Dekabr 2025 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















