Rusiyalı müğənninin qızı 22 yaşlı Artemlə evlənir
Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiyalı müğənni Lyubov Uspenskayanın 36 yaşlı qızı Tatyana Plaksina ailə qurmağa hazırlaşır.
Gununsesi.info xəbər verir ki, bu barədə sentyabrın 2-də “TV Mərkəz” telekanalında yayımlanan “Xvatit sluxov!” verilişində məlumat verilib.
Plaksinanın 22 yaşlı Artem Moskvinlə nişanlandığı bildirilib. Moskvin evlilik təklifini üzük olmadan edib və gələcək həyat yoldaşı üçün almaz qaşlı üzüyün təxminən 1 milyon rubla başa gələcəyini deyib.
Plaksina isə üzükdə əsas istəyinin almaz qaşların olması olduğunu bildirib.
Gələcək qayınana Lyubov Uspenskaya isə Moskvinə işləməyi və bahalı rəsm əsərləri sataraq qızına layiqli üzük almağı tövsiyə edib.
Uspenskaya zarafatla bildirib ki, qızı boşanmaq qərarına gəlsə, kürəkənini özünə saxlayacaq.
Cütlüyün toyla bağlı planları hələ açıqlanmayıb.
Tatyana Plaksina ilə incəsənətşünas və sənət əsərləri alverçisi Artem Moskvin arasında 14 yaş fərq var. Onların təxminən səkkiz aydır münasibətdə olduğu və gələcəklə bağlı birgə planlar qurduğu bildirilir.
Cütlük əvvəllər Plaksinanın işçisi olmuş ortaq tanışları vasitəsilə tanış olub. Yaş fərqinin onların münasibətinə mane olmadığı qeyd edilir.
İlhamə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 07 Sentyabr 2026 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















