Icma.az
close
up
RU
Rusiyalı professoru dövlətə xəyanət ittihamı ilə həbs ediblər

Rusiyalı professoru dövlətə xəyanət ittihamı ilə həbs ediblər

Reyting.az saytına istinadən Icma.az xəbər verir.


Plexanov Universitetinin elmi əməkdaşı, rusiyalı professor Vadim Saltıkovskiyə qarşı Rusiyada dövlətə xəyanət işi üzrə həbs tədbiri seçilib.
Reyting.az
TASS-a istinadla bildirir ki, bu barədə qərarı Moskvanın Lefortovo Məhkəməsi verib.
İlkin qərara görə, Rusiya İqtisad Universitetinin (Plexanov adına) professoru Vadim Saltıkovski Rusiya Cinayət Məcəlləsinin 275-ci maddəsi ilə, "Dövlətə xəyanət" ittihamı üzrə aparılan cinayət işi çərçivəsində sentyabrın 25-nə qədər həbs saxlanılacaq.
Məhkəmə qapalı rejimdə keçirilib. İttihamların mahiyyəti işin "məxfi" qrif daşımasına görə açıqlanmır.
Xatırladaq ki, 60 yaşlı iqtisad elmləri doktoru Vadim Arturoviç Saltıkovski bundan əvvəl Moskva Dövlət Universitetində işləyib. Professor beynəlxalq təhsil əməkdaşlığı idarəsinin rəis müavini vəzifəsində çalışıb, həmçinin Plexanov Universitetində də oxşar vəzifə tutub. Hazırda isə onun universitet saytındakı profili silinib, lakin səhifənin arxivdə surəti hələlik saxlanılır.
Qeyd edək ki, V. Saltıkovskinin həbsi ictimaiyyət üçün də gözlənilməz olub. Çünki professor təxminən 2025-ci ilin yaz fəslinin sonunadək tələbələrə dərs keçsə də, fəaliyyətində şübhəli heç nə müşahidə edilməyib.
Maraqlı məqam ondan ibarətdir ki, indiyə qədər V. Saltıkovski Dövlət İdarəetmə Universitetinin saytında direktor müavini kimi göstərilir, RUDN Universitetinin saytında isə digər dövlət təhsil mərkəzi olan Moskva Beynəlxalq Əlaqələr Universitetinin elmi əməkdaşı kimi xatırlanır.
Məlumatda o da qeyd olunur ki, alim həmçinin Moskva Dövlət Linqvistik Universitetinin əcnəbi vətəndaşların testləşdirilməsi mərkəzinin baş direktoru vəzifəsini tutub.
Alim Rusiya Ticarət-Sənaye Palatasının Rusiya-Kipr Biznes Şurasının üzvüdür və təşkilatın Asiya və Okeaniya ölkələri ilə iqtisadi əməkdaşlıq üzrə komitə sədrinin müavinidir. Martın 1-də Kursk vilayəti, eləcə də Pxenyanın ticarət palatalarının görüşündə iştirak edən alimin fəaliyyəti o zaman təqdir olunurdu.
Bəzi KİV-lər yazır ki, 2003–2006-cı illər ərzində professor Saltıkovski hakimiyyətin təklifi ilə əməkdaşlığa cəlb olunub. Daha sonra isə V. Saltıkovski Putin iqtidarında təmsil olunan tanınmış məmur kimi bir müddət Rusiya Prezident Administrasiyası İşlər İdarəsində çalışıb. O, həmçinin Prezident Administrasiyasının xarici siyasət məsələləri üzrə idarəsində baş müşavir də olub.
İqtisadçı alim V. Saltıkovski Azərbaycanla yanaşı MDB ölkələri üzrə ixtisaslaşmış mütəxəssis hesab edilir.
Oqtay QORÇU
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://reyting.az
archiveBu xəbər 06 Avqust 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri