Rusiyalı spiker Ermənistanı “yalançı siyasət” yürütməməyə çağırıb
Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ermənistanı “yalançı siyasət” yürütməməyə çağırıb.
Sherg.az-ın məlumatına görə, Volodin bildirib ki, Ermənistan həm Avropa İttifaqına üzvlüyə hazırlaşır, həm də Avrasiya İqtisadi İttifaqının (Aİİ) imkanlarından istifadə edir. Onun sözlərinə görə, bu yanaşma düzgün və səmimi deyil.
“Avropa İttifaqına gedirsinizsə, gedin. Amma o zaman burada güzəştlərdən istifadə etməyə ehtiyac yoxdur”, - deyə Volodin bildirib.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan avqustun 24-də parlamentdə çıxışı zamanı ölkənin Avropa İttifaqına üzvlük üçün müraciətin hazırlanmasına yaxın zamanda başlanacağını açıqlayıb. Ermənistan hazırda Aİİ-nin üzvüdür.
Bu mövzuda digər xəbərlər:Moskva Ermənistanı seçim etməyə çağırıb
10 Fevral 2025 14:22
Lukaşenko Ermənistanı AB ni dəstəkləməməyə çağırıb
01 İyun 2026 07:49
Rusiyalı təbliğatçı Qazaxıstana hücum etməyə çağırıb
04 Oktyabr 2025 17:14
Lukaşenko Ermənistanı Aİ ilə bağlı tələsməməyə çağırıb
02 Oktyabr 2026 14:34
Rusiya XİN: Ermənistanı çirkin təcrübədən əl çəkməyə çağırıb
18 Dekabr 2024 17:39
Baxış sayı:123
Bu xəbər 26 Avqust 2026 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















