Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Rusiyanı dəhşət gözləyir: Putin onu qurban verəcəkmi?

Rusiyanı dəhşət gözləyir: Putin onu qurban verəcəkmi?

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiyada hakimiyyət seçiminin müzakirəsi təhlükəlidir və ən vacib qərarların hamısı 70 yaşdan yuxarı üç nəfərdən ibarət qeyri-rəsmi komitənin əlindədir.

Moderator.az axar.az-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın “Corriere della Sera” nəşrinin “Rusiya iqtisadiyyatında nə baş verir və Putin niyə iki od arasında qalıb” başlıqlı analitik yazısında qeyd olunub.

“Bunlardan biri Prezident Vladimir Putindir. Digərləri isə onun köhnə DTK yoldaşları Aleksandr Bortnikov (FTX direktoru) və Nikolay Patruşevdir (Putinin köməkçisi, Təhlükəsizlik Şurasının keçmiş katibi). Bununla belə, dövlət qurumları ilə maraq qrupları arasında münaqişənin ön plana çıxdığı sahə var”.

Staqfilyasiya və ya hiperinflyasiya?

Ortada həlledici amil var və Rusiyanın Ukraynadakı hücumunu davam etdirməsi bu amildən asıldır - nəzarətdən çıxan və Putini iki od arasında qoyan inflyasiya.

Bu baxımdan diktatorun imkanları kiçikdir və heç də qibtə olunası deyil. Putin seçim etməlidir və onun vaxtı daralır. Bir tərəfdən qarşısında staqflyasiya yolu var. Bu zaman iqtisadiyyatın yavaşlaması və qiymətlərin yüksəlməsi davam edir. Digər yol isə hiperinflyasiyadır - qiymət artımı nəzarətdən çıxır.

Putin polad və silah sənayesinin böyük oliqarxları ilə - “Severstal”ın rəhbəri Aleksey Mordaşov və “Rostex”in rəhbəri Sergey Çemezov - Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina arasında arbitraj aparmalıdır.

Birincilər hərbi təchizat sayəsində varlanıblar və borc altında əzilmədən bunu davam etdirmək istəyirlər. İkinci isə yaşayış dəyərinə nəzarəti tamamilə itirməmək üçün investisiyaların dəyərini artırmağa və iqtisadiyyatı yavaşlatmağa çalışır.

İndi iki cəbhə açıq qarşıdurma içərisindədir.

Təhlükə

İnflyasiyanın Rusiyanı təhdid etməsi artıq Qərbdəki rəqibləri arasında sadəcə bir şübhə deyil. Bu, açıq şəkildə etiraf edilən reallıqdır. Noyabrın ortalarında rəsmi illik nisbət 8,56% təşkil edib.

Nabiullina iyulda faiz dərəcələrini 16%-ə, noyabrda isə 21%-ə qaldırdığı üçün qiymət artımının faktiki tempi daha da yüksək ola bilər.

Rusiya Mərkəzi Bankının iclasının son protokollarında deyilir ki, qiymətlər hərbi münaqişə və sanksiyalar səbəbindən qalxır. Həm də qeyd olunur ki, iqtisadiyyat dalana dirənir, lakin Nabiullina faiz dərəcələrini astronomik həddə də olsa, artırmağa davam etmək niyyətindədir.

İqtisadiyyat yavaşlayır

Protokollarda deyilir ki, adekvat istehsal artımı ilə dəstəklənməyən yüksək tələbat əsas inflyasiya faktorudur. Dördüncü rübdə federal büdcə xərclərinin gözlənilmədən 1,5 trilyon rubl artması digər mühüm inflyasiya faktorudur. Və davamında qeyd olunur: “İqtisadiyyat əhəmiyyətli dərəcədə yavaşlayır. İşçi çatışmazlığı rekord həddə çatıb və bu, istehsalı məhdudlaşdıran əsas amildir. Dekabrda faiz artımının qarşısını almaq yalnız inflyasiyanın əhəmiyyətli dərəcədə yavaşladığı təqdirdə mümkün olacaq, hələliksə bunun üçün heç bir ilkin şərt yoxdur”.

İşçi qüvvəsi tükənib

Başqa sözlə, kişilərin kütləvi şəkildə cəbhəyə çağırılması və bir milyona yaxın mütəxəssisin Rusiyadan qaçması işçi qüvvəsini tamamilə tükəndirib. İstehsal artıq inkişaf edə bilmir, çünki işçi yoxdur. Bu arada, silah istehsalını artırmaq üçün hərbi xərclərin davamlı artması və sanksiyaların tədarüklərə təsiri eyni effekti verir. Yaşayış minimumunun 21% nisbətində və rəsmi iqtisadi daralma ilə belə artmaqda davam etməsi Mərkəzi Bankın nəzarəti zəiflədəcəyi təqdirdə ölkənin hiperinflyasiyaya məruz qalacağını göstərir.

İqtisadi yavaşlama riski

Yenə də hərbi sənaye kompleksinin iri oliqarxları məhz bunu tələb edir. Onlar bir-bir Nabiullinaya hücum edərək Putindən Mərkəzi Bankı hökumətin nəzarətinə qaytarmağı istəyirlər. Oktyabr ayında Ukraynada istifadə edilən silahların 80%-nin istehsalçısı olan “Rostex”in rəhbəri Çemezov Federasiya Şurasına Nabiullinanın siyasətinin hərbi sənaye kompleksi müəssisələrinin əksəriyyətini iflasla təhdid etdiyini bildirib. Alüminium və polad milyarderləri Oleq Deripaska və Aleksey Mordaşov bu yaxınlarda ona açıq hücum ediblər. Nəhayət, Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzi Mərkəzi Bankı iqtisadi artımın ləngiməsi və yaxın gələcəkdə investisiyaların çökməsi riski yaratmaqda ittiham edib. Bu, ən ciddi hücum idi, çünki bu mərkəz sistemin bir hissəsidir, onun əsasını hazırkı müdafiə naziri Andrey Belousov qoyub və bu gün onun qardaşı Dmitri ora rəhbərlik edir.

Digər seçimlər

Əslində hərbi sənaye kompleksi Putindən Nabiullinanın kəlləsini tələb edir. Lakin Nabiullina getsə və faiz dərəcələri aşağı düşsə, Rusiya Putinin özünün istədiyi və hərbi sənaye kompleksi tərəfindən gücləndirilmiş hərbi münaqişə nəticəsində yaranan Venesuela inflyasiyasına sürüşmək riski ilə üzləşəcək. Seçimlər getdikcə azalır və heç də hamısı cəlbedici deyil. Hələlik prezident susur, tələsmir. Və onun vaxtı getdikcə daha da daralır, rubl yuana qarşı çökür, hətta Çindən idxalı da bahalaşdırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Dekabr 2024 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see307

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see304

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see282

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see279

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see262

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see255

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see247

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see244

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see239

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see236

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see235

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see223

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see214

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see212

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see209

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see195

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see193

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see188

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see187

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri