Icma.az
close
up
RU
Rusiyanı məhvə aparan 4 il…

Rusiyanı məhvə aparan 4 il…

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün – 24 fevralda Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə başlamasından 4 il ötür. Ukrayna nüvə dövlətinə qarşı qeyri-bərabər savaşda mətanətlə savaşır və artıq geridönüməz nəticələr əldə edib. Bunu həm nikbinliklə, həm də məyusluqla demək olar.
Ukrayna işğala qarşı mübarizədə 150 minə qədər hərbçi, dinc sakin itirib, yüzminlərlə insan yaralanıb, iqtisadiyyata 600 milyard dollara qədər zərər dəyib, dolayı itkilər də elə bu qədər olar. Həlak olan insanları geri qaytarmaq mümkün deyil, amma zamanla iqtisadiyyatı, dağılan şəhər və kəndlərdə həyatı bərpa etmək mümkündür. Ukrayna müttəfiqlərinin dəstəyi ilə bunu bacaracaq. Başlıcası ölkədən gedən milyonlarla insanı geri qaytarmaqdır, müharibədən sonra bu Ukrayna üçün ən ciddi problemlərdən biri olacaq.
4 ildə Ukrayna xalqının, ordusunun ən böyük naliyyəti dövləti qorumaq və möhkəmləndirməkdir. Yüz minlərlə qurbanın həyatı, sağlamlığı bahasına bu hədəfə nail olundu. Bundan sonra Ukrayna ərazilərinin bir qismi müvəqqəti işğalda qalsa belə onun dövlətçiliyi sarsılmazdır, öz inkişaf yolunu özü müəyyən edəcək.
Rusiyaya gəldikdə mübağiləszi demək olar ki, ağılsız işğalçı müharibı ölkəni acınacaqlı vəziyyətə salıb. Prezident Putin elan etdiyi başlıca hədəfə – Ukrayna dövlətini ələ keçirib postosovet məkanında ağalığını rəsmiləşdirməyi bacarmadı. Baxmayaraq ki, Qərb bu işğalın qarşısında aciz vəziyyətə düşmüşdü, Ukraynaya real kömək etmədi, amma xalqın, ordunun, hakimiyyətin müqaviməti həlledici oldu və daha sonra müttəfiqlərin dəstək verməsinə şərait yaratdı.
Nüvə dövləti Rusiya indi Prezident, müdafiə naziri, Baş qərargah rəisi səviyyəsində Donbassda 10-15 evlik kəndlərin ələ keçirilməsində “uğru hekayəsi” düzəltməklə rus xalqını aldatmağa çalışır. Bu günə qədərki itkilər 1.2 milyon nəfərdir, onun 400 minə qədəri müharibədə ölüb, yüz minlərlə isan yaralanıb sıradan çıxıb, yaxud itkin düşüb.
Rusiya iqtisadiyyatı müharibə xərcləri də daxil hər il 250 milyard avro pul itirib, bu 4 ildə 1 trilyon avro edir və Rusiya ÜDM-nin yarsından çoxdur.
Ölkənin strateji məhsulu – neft-qaz sənayeisi satış bazarlarını itirib, başlıcası “Qazprom” Avropada satdığı qaz 40 faizə qədər azalaraq 5-7 faizə düşüb, bu dünyanın ən varlı və sabit bazarının itirilməsidir. Dünyanın ən böyük neft istehsalçısı olan Rusiya indi öz neftini qaçaq yolla, bazar dəyərindən 30 faiz ucuz satır, bu, hər il on milyardlarla dollar itki deməkdir.
Rusiya dünyada izqoy dövlətə çevrilib, rusiyalılar sivil dünyada arzuolunmaz sayılırlar. Bir sözlə, dünyanın ən böyük ərazisinə, təbii sərvətlərinə, zəngin tarixə, mədəniyyətə, ədəbiyyata malik ölkə indi qaranlıq perspektiv içindədir, gənc nəsil ölkədən qaçır, qaça bilməyənlər Ukrayna çöllərində məhv olub gedir.
Putin rejimi ölkəni elə bir dalana salıb ki, artıq müharibədən çıxmaq Rusiyanın parçalanmasına səbəb ola bilər. Sözsüz ki, rejimin ayaqda qalması üçün artıq faciələrlə dolu müharibədən başqa alternativ qalmayıb.
Bu duruma görə təkcə Putin hakimiyyəti məsuliyyət daşımır, dövlət hakimiyyətini ona təslim etmiş, onun imperiya, şovinist nağıllarına uymuş Rusiya xalqı da günahkardı. Bu, Rusiya üçün utanc dövürdü, rus xalqı qardaş slavyanlara – ukraynalılara silah çəkilməsinə icazə verməməli idi. Putin rejimi bu avantüra ilə təkcə ukraynalıların yox, vaxtı ilə bir imperiyada olduğu bütün xalqların dəstəyini itirib. İndi nə Qafqazda, nə Orta Asiyada bu ölkəyə dost gözü ilə baxmırlar, hamı öz təhlükəsizliyinin qayğısına qalmağa çalışır.
Rusiya tarixdə heç vaxt belə uduzmamışdı, Rusiya xalqı isə monqol istilasından sonra öz dövlətlərini heç vaxt belə itirməmişdilər.

Elçin

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 24 Fevral 2026 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see476

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see314

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see264

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see249

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see248

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see233

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see228

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see205

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see203

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see195

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see189

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see178

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see177

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see175

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see174

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see172

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see171

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see171

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see169

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri