Icma.az
close
up
RU
Rusiyanı Qafqazda çətinə salan 3 məsələ Daha bir işğal bitə bilər

Rusiyanı Qafqazda çətinə salan 3 məsələ Daha bir işğal bitə bilər

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin iki ölkə arasında diplomatik münasibətlərin bərpası ilə bağlı bəyanatına cavab verib. Nazir işğal başa çatmadıqca Moskva ilə yenidən əlaqələrin qurulmasının mümkün olmadığını bildirib.

Rusiyanın hazırda hər üç Cənubi Qafqaz ölkəsi ilə də əlaqələri mübahisəlidir. Gürcüstanla Abxaziya və Cənubi Osetiya mövzusunda problem qalmaqdadır. Paralel olaraq Ermənistan üzünü Qərbə tutub, Moskva ilə əlaqələri getdikcə zəifləyir. Ötən ilin dekabrın 25-də AZAL-ın təyyarəsinin Rusiyaya məxsus “Pantsir S1” raketi ilə vurulmasından sonra isə Azərbaycanla gərginlik yarandı. Hazırda Bakı-Moskva münasibətlərində normallaşma müşahidə edilsə də, hələ problemin tam aradan qaldırılmadığı görünür. Beləliklə, Rusiyanın artıq regiona əvvəlki təsir gücünün qalmadığı qeyd olunur.

Siyasi şərhçi Əli Zülfüqaroğlu Globalinfo.az-a açıqlamasında deyib ki, dünyada, o cümlədən bölgədə geosiyasi reallıq tamamilə dəyişib:

“Xüsusilə Ukrayna savaşı fərqli vəziyyət yaradıb. Rusiyanın indi bölgə dövlətlərinə daha çox ehtiyacı var. Ona görə də Kremlin diktə dili ilə danışması daha çox özünə zərər verə bilər. Təbii ki, Rusiyanın hər bir dövlətə münasibəti fərqlidir”.

Ekspertin sözlərinə görə, Azərbaycanın Rusiya ilə münasibətləri bərabərhüquqlu əlaqələrə və qarşılıqlı hörmətə əsaslanır:

“Azərbaycan ümumiyyətlə, tərəfdaş olduğu bütün dövlətlər üçün güvənli və etibarlı bir ölkədir. Məhz bu siyasət də ölkəmizin nüfuzunun artmasını şərtləndirir. Ona görə də Azərbaycan-Rusiya münasibətləri Cənubi Qafqazın digər iki ölkəsi ilə müqayisə oluna bilməz. Azərbaycan təyyarə hadisəsindən sonra öz mövqeyini konkret və aydın şəkildə ortaya qoydu. Nəticədə Rusiya prezidenti üzr istədi. Hesab edirəm ki, digər iki məsələ də öz həllini tapacaq”.


Əli Zülfüqaroğlu

Siyasi şərhçi əlavə edib ki, Ermənistanla bağlı vəziyyət tamamilə fərqlidir:

“Rəsmi İrəvanı idarə edən hazırkı hökumət üzvləri qlobal imperializmə xidmət göstərən kadrlardan formalaşıb. Bu baxımdan geosiyasi amillər səbəbi ilə onlara münasibət mənfidir. Keçmiş prezident Co Bayden Amerikası ilə işbirliyi, qlobal imperializmin köləsi Fransa Prezidenti Emmanuel Makronla yaxınlıq və digər səbəblər Ermənistan üçün müsbət perspektiv vəd etmir. Rəsmi İrəvanın indiyə qədər yürütdüyü siyasət də bu ölkəyə qarşı münasibəti daha da pisləşdirib. Təbii ki, bu amil Rusiya-Ermənistan münasibətlərinə də təsirsiz ötüşmür”.

Ə.Zülüfqaroğlu diqqətə çatdırıb ki, Gürcüstan-Rusiya münasibətləri təkcə bu iki ölkə arasındakı əlaqələrlə bağlı deyil, həm də geosiyasi proseslərlə əlaqədardır:

“İki ölkə arasında indiyə qədər alt qatlarda Gürcüstanın ərazi bütövlüyü məsələsinin müzakirə edilməsi və razılıq əldə olunması istisna deyil. Gürcüstan daxilində qlobal imperializmin uzun illər ərzində formalaşmış və möhkəmlənmiş kökləri sıradan çıxarılır. Tbilisi Moskva ilə münasibətlərin normallaşdırılması istiqamətində önəmli addımlar atıb. Bu da onu deməyə əsas verir ki, Gürcüstanın ərazi bütövlüyü problemi uzaq perspektivdə həll edilə bilər.

Kremlin mətbuat katibi Dmitri Peskovun yaxın zamanda Gürcüstana yönəlik açıqlaması da buna mesaj xarakteri daşıyır. Gürcü rəsmilər son zamanlar Rusiyaya təzyiq edirlər ki, məsələ daha tez öz həllini tapsın. Bu da təbiidir. Hesab edirəm ki, geosiyasi faktorlar Gürcüstanın ərazi bütövlüyü məsələsinin həll olunmasını diktə edir və Rusiya bunu nəzərə almaya bilməz”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Aprel 2025 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri