Icma.az
close
up
RU
Rusiyanı təəccübləndirən tarix: Tbilisi vuruldu, İrəvan təhdid edildi, Bakı isə...

Rusiyanı təəccübləndirən tarix: Tbilisi vuruldu, İrəvan təhdid edildi, Bakı isə...

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2008-ci il avqustun 8-də Rusiya Gürcüstana hücum etməklə Cənubi Qafqazda güc balansını dəyişdi. Qərb bu aqressiyaya nə qarşılıq verə bildi, nə də adekvat reaksiya göstərdi. Nəticədə Moskva bölgədə itirdiyi mövqeləri bərpa etdi və hərbi-siyasi təsirini daha da möhkəmləndirdi.

2025-ci il avqustun 8-də isə tarix yenidən yazılır. Azərbaycan və Ermənistan liderləri ABŞ prezidentinin vasitəçiliyi ilə Ağ Evdə sülhlə bağlı razılaşmalara imza atır. Vaşinqton Zəngəzur dəhlizinin nəzarətini öz üzərinə götürür, Azərbaycanın qərb rayonlarından Naxçıvana maneəsiz quru bağlantısını təmin edir. 10 noyabr bəyanatında Rusiyanın özünə tanıdığı imtiyazlar isə gerçəkləşmədən arxivə göndərilir. Beləliklə, Rusiyanın Cənubi Qafqazdan çıxışı faktiki olaraq geridönməz xarakter alır.

Bu dönüş nöqtəsi region üçün nə vəd edir? 17 ildən sonra ABŞ-ın belə bir geosiyasi gedişi Cənubi Qafqazda qüvvələr balansını necə dəyişəcək?

Globalinfo.az-a açıqlamasında fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli bildirib ki, SSRİ-nin dağılmasından sonra onun siyasi varisi olan Rusiya Federasiyası postsovet məkanında nüfuzunu saxlamağa və bu ölkələr üzərində nəzarətini davam etdirməyə çalışıb:

“Moskva xüsusilə Cənubi Qafqazda yerləşən üç ölkə – Azərbaycan, Ermənistan və Gürcüstan üzərində öz təsirini gücləndirmək niyyətində idi. Hətta bu məqsədlə zaman-zaman siyasi və hərbi təzyiqlərdən də istifadə edilib.

Bu siyasətin ən bariz nümunəsi 2008-ci ilin 8 avqustunda Rusiyanın Gürcüstana hərbi müdaxiləsi oldu. Rusiya həmin dövrdə hərbi güc tətbiq edərək Gürcüstanın ərazi bütövlüyünü pozdu və Abxaziya ilə Cənubi Osetiyanın işğalını rəsmiləşdirməyə çalışdı. Bundan əlavə, Ermənistanda da bir neçə dəfə Moskvanın yönləndirməsi ilə dövlət çevrilişinə cəhdlər edildi”.

Ekspert bildirib ki, son illərdə Bakı və İrəvanın Moskvaya münasibətdə fərqli mövqe tutması regiondakı geosiyasi vəziyyəti köklü şəkildə dəyişməyə başlayıb:

Həmçinin oxuyun:

Bakını vuran “silah” itirildi, gözlər ermənilərə çevrildi – “Əliyev Moskva ilə bu dildə danışır”

“Doğrudur, Gürcüstan hələ də Rusiya təsirinə qarşı ciddi müqavimət göstərir, lakin hələlik həlledici uğur əldə edilməyib. Bununla belə, Ermənistan son zamanlar Rusiya orbitindən çıxaraq daha müstəqil siyasət yürütməyə başlayıb. Bu kontekstdə Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasının Rusiyanın vasitəçiliyi olmadan, məhz ABŞ-ın təşəbbüsü ilə baş tutması təsadüfi deyil.


Faiq Ələkbərli 

Azərbaycanın milli maraqlara əsaslanan müstəqil siyasəti Vaşinqtonla əməkdaşlıq imkanlarını da genişləndirir. Bu isə ölkənin xarici siyasətdə manevr imkanlarını artırmaqla yanaşı, təhlükəsizlik sahəsində də əlavə təminatlar yaradır.

Azərbaycan üçün əsas təhlükə məhz Rusiya tərəfindən gəlirdi. Əgər Vaşinqtonda keçirilən görüşdə sülh müqaviləsi imzalanarsa, bu, regionda Moskvanın təsirinin aradan qalxdığını sübut edəcək. Rəsmi Bakı isə müstəqil siyasətini qorumaqla həm regional, həm də qlobal səviyyədə nüfuzunu möhkəmləndirəcək”.

F.Ələkbərlinin sözlərinə görə, İrəvanın qarşısında da strateji bir seçim dayanır:

“Ermənistan ya Rusiyanın alətinə çevrilmək yoluna davam etməli, ya da Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdıraraq bölgədə sülh və əməkdaşlıq mühitinə qoşulmalıdır. Bu seçim ölkənin gələcək taleyini müəyyən edəcək əsas amillərdən biridir”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Avqust 2025 07:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri