Icma.az
close
up
RU
Rusiyanın 5 şəhərində kritik durum Minlərlə azərbaycanlı…

Rusiyanın 5 şəhərində kritik durum Minlərlə azərbaycanlı…

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Yekaterinburqda baş verən son hadisələr və Moskva ilə artan gərginlik Rusiyada təhsil alan azərbaycanlı tələbələrin təhlükəsizlik məsələsini gündəmə gətirib. Bildirilir ki, belə insidentlər fonunda psixoloji təzyiq və diskriminasiya riskləri artır, təhsil alanların durumu sual altına düşür.

Rusiyada nə qədər azərbaycanlı tələbə təhsil alır? Onlar üçün də hər hansı təhlükə varmı?

Globalinfo.az-a danışan təhsil eksperti Kamran Əsədov deyib ki, Rusiyada yaşayan azərbaycanlı tələbələrin vəziyyəti təkcə təhsil məsələsi deyil, eyni zamanda hüquqi, psixoloji və diplomatik əhəmiyyət daşıyır:

“Xüsusilə regional şəhərlərdə milliyyət və etnik mənsubiyyətə qarşı neqativ münasibətin artması onların gündəlik həyatına mənfi təsir edir. Rəsmi məlumatlara görə, 2023-cü ilin sonuna kimi Rusiyada 15-17 min arasında azərbaycanlı tələbə ali təhsil alır. Onların çoxu Moskva, Sankt-Peterburq, Kazan, Rostov və Yekaterinburqda cəmləşib. Bundan başqa, Perm, Novosibirsk, Krasnodar və digər regionlarda da azərbaycanlı tələbələr var. Bu şəhərlərin bir hissəsində etnik qarşıdurmalar və millətçi təzyiqlər son illərdə artıb. Yekaterinburq hadisəsi bir daha göstərdi ki, Rusiya daxilində etnik və mədəni fərqliliklərə qarşı dözümlülük zəifləyib. Bu münaqişələr, xüsusilə Orta Asiya və Cənubi Qafqazdan olan tələbələrə yönəlir. Azərbaycanlılar da bundan kənarda deyil. Onlar fiziki təhlükə ilə birbaşa üzləşməsələr də, psixoloji təzyiq, mədəni təcrid, polis nəzarətində ayrı-seçkilik, hostel və kirayə evlərdə milli mənsubiyyətə görə rədd cavabları ilə qarşılaşırlar”.

Ekspert bildirib ki, tələbələr hüquqi status baxımından Rusiyada miqrant sayılır:

“Onların hüquqları “Xarici vətəndaşların hüquqi vəziyyəti haqqında” 2002-ci il federal qanunla tənzimlənir. Lakin bu qanun tələbələrin sosial müdafiəsini və təhlükəsizliyini tam təmin etmir. Bir çox hallarda hüquq-mühafizə orqanlarının ayrı-seçkiliklə yanaşması və sənəd prosedurlarında çətinliklər vəziyyətlərini ağırlaşdırır. 2023-cü ildə 68 azərbaycanlı tələbə müxtəlif inzibati səbəblərlə deportasiya olunub, yüzlərlə tələbə isə yaşayış icazəsi və qeydiyyat problemləri ilə üzləşib. Dövlət səviyyəsində bu məsələyə reaksiya gücləndirilməlidir”.

K.Əsədov qeyd edib ki, Azərbaycanın Rusiyadakı səfirliyi və təhsil attaşelikləri tələbələrin hüquqlarını qorumaq üçün operativ işləməlidir:

“Elm və Təhsil, eləcə də Xarici İşlər Nazirlikləri birgə mexanizm yaradaraq risk zonalarındakı tələbələrlə mütəmadi əlaqə saxlamalı və onların şikayətlərini, təhdidlərini yaxından izləməlidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://news24.az
archiveBu xəbər 04 İyul 2025 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri