Icma.az
close
up
RU
Menu

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

Gündə 50 qramdan artıq yemək zərərlidir

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb

Rusiyanın antiAzərbaycan plan ı nə dərəcədə ciddidir?

Rusiyanın antiAzərbaycan plan ı nə dərəcədə ciddidir?

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya hakimiyyətində Azərvaycana qarşı "xüsusi" təzyiq planı haqqında mən də mediadan oxumuşdum. Yazıda bildirilirdi ki, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyevin işçi konandası belə bir plan üzərində işləyir və tapşırıq prezident Vladimir Putindən gəlib.

Yazı müəllifi iddia etmişdi ki, Medvedyevin komandası bir sıra addımlar atılmasını təklif edir. Bunlar sadalanmışdı:

Azərbaycanlıların Rusiyadan deport olunması;Dağıstan istiqamətində Azərbaycanla sərhəd zonasında radikal dini qruplaşmaların aktivləşdirilməsi (Qusardakı "Meşə qardaşları" kimi);Azərbaycanın ləzgi mənşəli vətəndaşları arasında separatçılığın körüklənməsi, keçmiş "Sadval"ın yenidən "dirildilməsi";"Beşinci kolon"un vasitəsilə iqtidar-müxalifət qarşıdurmasının yaradılması;Terror aktlarının və kiberhücumların həyata keçirilməsi;Azərbaycan əsili iş adamlarının bizneslərinə əl qoyulması;Rusiyadan Azərbaycana pul köçürmələrinin dayandırılması;Azərbaycanın kənd təsərrüfatı məhsullarının idxalına son qoyulması;Azərbaycana taxıl və yeyinti məhsullarının ixracının azaldılması;Moskvada və Rusiyanın digər şəhərlərində erməni-azərbaycanlı qarşıdurmalarının təşkil olunması;Azərbaycanın təklənməsi məqsədilə Rusiya-Ermənistan münasibətlərinin yaxşılaşdırılması;Rusiyadakı azərbaycanlıların Ukrayna cəbhəsinə göndərilməsi;Rusiya universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sıxışdırılması;Azərbaycan üzərindən keçən "Şimal-Cənub" dəhlizinin fəaliyyətinin dondurulması..."

Doğrusu, bu yazılanların nə dərəcədə səhih informasiya olduğunu mən də bilmirəm. Ola bilsin, Rusiya tərəfdən qəsdən ortaya atılıb ki, Azərbaycanın gözü qorxsun. Başqa ehtimallar da var. Ancaq bu, ehtimal yox, faktdır ki, Rusiya tərəfində aqressiv ritorika, təhdidvari ton və media hücumunun intensivliyi daha da artır. Ona görə də düşünürük ki, Moskvadan hər şey gözləmək olar.

Bu məsələ ilə bağlı biz də öz şərhlərimizi vermişik. Ancaq həmkarımız, təcrübəli və hazırlıqlı siyasi təhlilçi Elçin Alıoğlunun yazısı məni də bir daha mövzuya qayıtmağa və əlavə olaraq, bəzi nöqtələrə diqqət yetirməyə sövq etdi.

Elçin Alıoğlu Rusiyanın Azərbaycana qarşı əl ata biləcəyin təzyiq üsullarının səmərəsizliyini bir-bir təhlil edib, bunları bir daha təkrarlamaq istəmirəm. Sadəcə, bir məqamı vurğulamaq istərdim ki, Rusiyanın Azərbaycan əleyhinə atacağı proqnozlaşdırılan hər bir addım buneranq kimi Rusiyanın özünə qayıda bilər. Məsələn, daha əvvəl də yazdığım kimi, Azərbaycanın şimalında etnik separatizmi körükləsə, bunun Şimali Qafqaza sıçramaq, hətta Volqaboyuna yayılmaq ehtimalını kim istisna edə bilər? Heç kim. Rusiyanın Gürcüstandan qopardığı Abxaziyada elə Rusiyanın özünə qarşı zaman-zaman ayaqlanmalar olur. Eləcə də, Tsxinvali bölgəsi nə gündədir, görürük: Gürcüstan vətəndaşlarının sosial durumu yüksəlib, amma separatçı Cənubi Osetiyada adamlar səfil-sərgərdandır. Eləcə də,Dnestranı bölgənin necə bir ağır duruma düşdüyü göz qabağındadır: qışın ortasında Rusiya Moldovaya qazı kəsdı, Dnestryanı rusları da donur. Çünki qazı Moldova vasitəsilə alırlar. Qarabağdakı keçmiş xuntadn isə danışmağa dəyməz; bölgənin erməniəsilli əhalisi ölkəni tərk edib, xunta başçılarından qaça bilən qaçıb, orda-burda siçan yuvası axtarır, ələ keçənlər isə Bakıda məhkəmə qarşısında cavab verməyə məcburdur. Başqa sözlə, indi etnik separatçılıq kartı dünyada, o cümlədən, postsovet məkanında bir təzyiq üsulu kimi öz təsir gücünü itirib. Adamlar sabit bir ölkədə rahat yaşamaq istəyir, uşaqlarına təhsil vermək, gələcəyə yatırım etmək, ölkəsini və dünyanı gəzmək istəyir. Hamı xoşbəxt olmaq istəyir, separatçı, terrorçu olmaq istəmir. Meşələrdə, mağaralarda gizlənib qaçaqçılıq eləmək dövrü 20-ci əsrin 20-30-cu illərində qalıb. Üstündən bir əsr keçib. Bu yolla dövlətə, xüsusilə, Azərbaycan kimi güclü dövlətə nəinki qalib gəlmək, hər hansı problem yaratmaq mümkün deyil artıq. Üstəlik Rusiya özü etnik zəmində konflikt potensialı daha böyük olan ölkədır; bu "silah"dan qonşuya açacağı atəş özünə dəyir. Hətta Şimali Koreyadan da əsgər gətirdi, yenə öz ərazisinə daxil olmuş Ukrayna qoşunlarını geri ata bilmir. Əgər belə bir məqamda Moskva Azərbaycana qarşı hibrid müharibə planı qurursa, ya reallıq hissini tamamilə itirib və nə etdiyini bilmir, ya da bilə-bilə va-bank getmək istəyir.

İqtisadi rıçaqlara gəlincə, bunlar artıq geniş təhlil olunub. Azərbaycan üçün alternativ bazarlar var; Rusiyadan boşalan yer həmişə və ümumiyyətlə, boş qalacaq deyil.

Rusiya, sadəcə, ticarət həcmini artırıb varlandırdığı Ermənistana baxsın: Ermınistan Milli Məclisi Avropa İttifaqına qoşulmaqla bağlı qanun qəbul etdi. Bununla da Rusiyanı bir daha aşağılamış oldu. Medvedyev plan hazırlaya bilirsə, Ermənistanı dayandırmaq planı qursun. Azərbaycan onsuz da, Rusiya rəsmilərinin ən yüksək səviyyələrdə etiraf etdikləri kimi, etibarlı tərəfdaş kimi yerində durub. Qafqaza Amerikanı, Fransanı, Kanadanı və sair gətirən Ermənistana heç nə deyə bilməyən, dilini udan Medvedyevlər, Azərbaycana gələndə şirə, pələngə dönür. Etibarsız tərəfdaşından hər gün yeni bir şapalaq yeyən Moskva acığını etibarlı tərəfdaşından çıxır. Başqa cür izahı yoxdur.

Azərbaycanlıların deportasiyası, Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin dayandırılması, neft nəqlinin bloklanması və sair və ilaxır. Bunlardan Rusiyanın özünün çəkə biləcəyi maddi zərəri təsəvvür etmək çətin deyil. Bunların fonunda Rusiyanın vurduğu sərnişin təyyarəsinə, zərərçəkənlərə ödəyəcəyi kompensasiya çox kiçik məbləğdir. Belə çıxır ki, Rusiya vurduğu sərnişin təyyarəsinə görə, deyək ki, milyonlarla, lap olsun on milyonlarla dollar kompensasiya ödəmək əvəzinə, özü Azərbaycanla iqtisadi tərəfdaşlığı dayandırıb, milyardlarla (hətta uzun vədəli perspektivdə on milyardlarla) zərər görmək istəyir. Bu, necə bir siyasətdir?! Hansı ağlın məhsuludur?! Belə ciddi məsələləri Dmitri Medvedyev kimi qeyri-ciddi adama, Vladimir Jirinovskinin solğun versiyası olan subyektə tapşırmaq (əgər belə bir tapşırıq olubsa), prezident Putinin heç özünə də xeyir gətirmir. Xüsusilə, vurulmuş təyyarənin məsuliyyətindən yayınmaq Rusiya kimi böyük dövlətə yaraşmayan davranışdır.

Belə bir sual çıxır: araşdırmalar tam yekunlaşandan sonra da Rusiya Azərbaycanın tələblərini yerinə yetirməsə necə olacaq? Azərbaycan o situasiyada nə edəcək?!

Sözün doğrusu, Azərbaycan bu məsələdə üzərinə düşən hər şeyi edib. İstintaq araşdırmalarının, "qara qutu"ların oxunmasının dürüstlüyünü təmin etməklə bağlı addımlar atılıb, zərərçəkənlərə, həlak olan Azərbaycan vətəndaşlarının ailələrinə yardım göstərilib. Məsələ ilə bağlı Rusiyaya qarşı haqlı və tutarlı - əsaslandırılmış tələblər irəli sürülüb. Bundan sonrası Rusiyanın üzərinə düşən məsuliyyətdir. Əgər Moskva hadisənin törədilməsinə obyektiv hüquqi qiymət verməsə, günahkarları cəzalandırmasa, zərərçəkənlərə kompensasiya ödəməsə, bunun hüquqi, siyasi, insani məsuliyyəti Rusiya dövlətinin üzərində qalacaq. Bunları Azərbaycan Rusiyanın əvəzindən edə bilməz axı. Əgər Moskva indiki mövqeyində israr etsə, bunun ləkəsi və məsuliyyəti Rusiya dövlətinin üzərində həmişəlik qalacaq (Əgər məsuliyyətli dövlətdirsə). Azərbaycan isə məsuliyyətli dövlətdir; öz tələblərindən çəkilməyəcək və çəkilmir də. Eyni zamanda Rusiya ilə münasibətlərin də tamamilə dayanacağını güman etmirik. Hər halda Azərbaycan öz tərəfindən müttəfiqliyi qoruyub saxlamağa çalışacaq. Bu münasibətlər 2024-cü ik dekabrın 25-dən əvvəlki vəziyyətinə qayıtsa belə, hər bir halda Azərbaycan öz mövqeyində, tələbləri isə yerinə yetirilməyincə, daim qüvvəsində qalacaq.

Bahəddinnz Həzi, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 13 Fevral 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see282

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see277

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see274

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see257

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see256

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see253

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see251

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see247

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see242

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see238

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see230

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see226

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see219

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see210

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

09 Sentyabr 2026 20:28see208

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see205

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see203

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see197

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see181

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb

09 Sentyabr 2026 21:40see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri