Rusiyanın bu bölgəsində məktəblər bağlanıb SƏBƏB AYILARDIR
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sentyabr ayında Rusiyanın Buryatiya Respublikasının 34 məktəbində müxtəlif müddətlərə distant təhsil tətbiq edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS-a Buryatiyanın təhsil və elm naziri Valeri Pozdnyakov bildirib.
“Bizim regionda ayıların yaşayış məntəqələrinə daxil olma hallarına çox rast gəlinir. Bununla əlaqədar sentyabr ayı ərzində 34 məktəb müəyyən müddətə bağlanıb, təxminən 8 min uşaq distant təhsilə keçib”, - Pozdnyakov deyib.
Qeyd edək ki, bu ilin sentyabrında Buryatiyada ayıların insanlara hücumu ilə bağlı bir neçə fakt qeydə alınıb. Nəticədə iki nəfər həlak olub. Ümumilikdə ilin əvvəlindən respublikada insanlar üçün təhlükə yaradan 330-dan çox ayı zərərsizləşdirilib.
Ümumilikdə son aylarda ayıların insanlara hücumlarının artması fonunda Rusiyanın müxtəlif bölgələrində ayı populyasiyasına nəzarət tədbirləri görülür. Yerli “Telegram” kanallarının məlumatına görə, təxminən 100 000 ayının zərərsizləşdirmək məqsədilə ovlanması planlaşdırılır. Ovçulara öldürdükləri hər ayı üçün 35 000 rubla qədər ödəniş ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 05 Oktyabr 2026 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















