Rusiyanın bu şəhərində zəlzələ oldu... Elə bildilər Ukrayna raket atıb...+VİDEO
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yerli vaxtla gecə saat 02:00(Bakı- 03:00) radələrində Rusiyanın Krasnodar diyarında orta güclü yeraltı təkanlar hiss olunub.
Moderator.az "Fokus" nəşrinə istinadla xəbər verir ki, Rusiyanın rəsmi saytlarının yaydığı məlumata görə, zəlzələnin episentri Novorossiysk şəhərindən təxminən 30 km məsafədə olub.
Bildirilir ki, bu, orta dərəcəli zəlzələ olub və Rixter şkalası üzrə təxminən 5 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
"Fokus" qeyd edir ki, vaxtaşırı Ukrayna dəniz qüvvələrinin dronları və raketləri tərəfindən hücuma məruz qalan Novorossiysk hərbi dəniz bazası zəlzələ episentrinə yaxın ərazidə yerləşir.
Yerli sakinlərin paylaşdığı videolarda çatlamış tavanlar və dağılmış divar suvaqları görünür.
Məlumata görə, Rusiya sakinləri elə hesab edirlər ki, Ukrayna hərbi qüvvələrinin əraziyə mümkün raket zərbələri səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 10 Fevral 2026 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















