Rusiyanın dağ yəhudilərinə azərbaycanlı rejissorun filmi təqdim olundu
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiyanın dağ yəhudilərinə azərbaycanlı rejissorun filmi təqdim olundu.
Redaktor.az xəbər verir ki, Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində, Rusiya Dağ Yəhudiləri Birliyinin Mədəniyyət Mərkəzində azərbaycanlı rejissor Rüfət Əsədovun “Ana duası” filminin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimi Beynəlxalq Dağ Yəhudiləri Fondunun və "Sholumi" Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə təşkil olunub.
Ekran əsəri Azərbaycanın Oğuz rayonunda məskunlaşmış dağ yəhudilərinin tarixindən bəhs edir. Dağ yəhudilərinin ölkəmizin təbliği ilə bağlı İsraildə gördükləri əhəmiyyətli işlərə həsr olunan filmdə Azərbaycan və yəhudi xalqlarının tarixi dostluğu tərənnüm olunur.
Ekran əsərinin qəhrəmanı Oğuzda doğulan, hazırda İsraildə yaşayan, Azərbaycan diasporunun fəallarından biri olan ravvin Şmuel Simantovdur. Filmin prodüsseri İsraildəki Azərbaycan diasporunun fəallarından olan Shaul Siman-Tovdur.
Sözügedən sənədli film rejissor Rüfət Əsədovun dağ yəhudiləri haqqında yeddinci filmidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 19 Noyabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















