Icma.az
close
up
RU
Rusiyanın elə nöqtəsi vuruldu ki... Bu, dəhşətli məğlubiyyətdir!

Rusiyanın elə nöqtəsi vuruldu ki... Bu, dəhşətli məğlubiyyətdir!

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukraynanın Rusiyanın ucqar ərazilərinə hücumu Kremldə ciddi sarsıntı yaradıb. Moskvanın müharibə zonasından uzaq hesab etdiyi bölgələrdə baş verən bu əməliyyat bir sıra məsələləri gündəmə gətirib. Ekspertlər hesab edirlər ki, bu hücum müharibənin gedişinə ciddi təsir göstərə, Kreml üçün yeni təhlükəsizlik dilemması yarada və regionda balansı dəyişdirə bilər.

Bu hücum Rusiya Prezidenti Vladimir Putin üçün hansı siyasi və hərbi perspektiv vəd edir? Qərb və xüsusilə ABŞ bu hücumda hansı rolu oynayıb? Artan təzyiq fonunda Moskvanın taktiki nüvə silahına əl atmaq ehtimalı varmı?

Globalinfo.az-a danışan politoloq Mütəllim Rəhimli deyib ki, Rusiya danışıqlardan yayınaraq Ukrayna ərazilərindən daha çox pay umurdu:

“Hesab edirdi ki, qarşı tərəf onun nazı ilə oynayacaq, ancaq belə olmadı. Deyilənlər təsdiqini taparsa, bu o deməkdir ki, dünən Rusiya strateji aviasiyasının 34 faizini itirib. Bu olduqca dəhşətli məğlubiyyətdir!

Ukraynanın bu miqyasda əməliyyatı təkbaşına aparmaq gücü olmadığını hər kəs bilir. İlk növbədə bunun üçün dəqiq kəşfiyyat məlumatları tələb olunur. Daha sonra isə müəyyən edilmiş hərbi bazaların eyni anda vurulmasını həyata keçirmək üçün yetərli hərbi potensialın olmalıdır. Bunun hər ikisini, görünür, ABŞ və Qərb təşkil edib. Onlarsız  Ukraynanın bunu etməyə gücü çatmazdı.

İndi ABŞ və Qərb Kremlə deyir ki, atəşkəs danışıqlarını uzatmağın və özünü yekəxana aparmağın heç bir mənası yoxdur. Belə davranış davam edərsə, yeni bir zərbənin də olacağı istisna deyil”.

Mütəllim Rəhimli

Politoloq qeyd edib ki, Rusiya bunun əvəzini çıxmağa çalışacaq:

“Putin bu məğlubiyyətdən sonra atəşkəsə razılaşarsa, ölkə içındə reputasiyası tamamilə sıfra düşər, ictimai rəydə məğlubedilməz lider obrazını itirər. Ona görə də yaxın günlərdə Rusiyanın adekvat cavabını gözləyə bilərik. Çox güman ki, yerdə qalan bütün resurslarından istifadə edərək Ukraynaya ciddi zərbə endirməyə çalışacaq. Ancaq bu zərbələri Ukraynanın arxasında dayanan qüvvələrə endirməyə cəsarət edə bilməz.

Rusiya bu hücumla böyük zərərə uğradılsa da, məğlub edilməyib. Bunun üçün 2-3 belə kütləvi zərbəyə ehtiyac var. Ondan sonra danışıqlar masasında özünü “ağıllı” aparacaq”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 İyun 2025 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see314

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see311

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see298

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see251

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see247

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see245

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see240

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see238

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see236

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see226

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see205

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see205

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see203

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see203

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see201

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see197

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri