Rusiyanın Xəzərdə bu obyektləri vuruldu KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna Təhlükəsizlik Xidməti Rusiyaya məxsus hava hücumundan müdafiə sistemlərinə, hərbi gəmiyə və Xəzər dənizində yerləşən bir sıra obyektlərə zərbələr endirdiyini açıqlayıb.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumata görə, zərbələr nəticəsində Rusiyanın S-400 zenit-raket kompleksinin elementləri vurulub, “Tor-M2” hava hücumundan müdafiə kompleksi, “Pole-21” radioelektron mübarizə sistemi, eləcə də FPV pilotsuz uçuş aparatlarının saxlanıldığı iki anbar məhv edilib.
Ukrayna Təhlükəsizlik Xidməti həmçinin bildirib ki, Xəzər dənizində yerləşən Filanovski adına neft yatağının hasilat platforması, “Port Olya 2” və “Begey” yük gəmiləri, eləcə də 12418 layihəli “Molniya” raket kateri də zərbələrin hədəfi olub.
Qeyd edək ki, Rusiya tərəfi hələlik Ukrayna Təhlükəsizlik Xidmətinin bu iddialarına münasibət bildirməyib.
Baxış sayı:108
Bu xəbər 25 İyul 2026 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















