Rusiyanın elektron ticarət nəhəngi VURULDU: 620 dronla hücum planı...
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Son aylarda Ukrayna Rusiya ərazisinə ağır zərbələr endirib. Moskva isə Ukrayna paytaxtına hücumlarını əhəmiyyətli dərəcədə gücləndirib, xüsusən də ələ keçirilməsi çətin olan ballistik raketlər atıb.
Bakıvaxtı.az “bfmtv.com”a istinadən xəbər verir ki, Moskva meri Sergey Sobyanin Rusiya paytaxtının bölgəsinə gecə ərzində ən azı 620 dron atıldığını açıqlayıb.
“Bu cihazlardan 180-i Moskva bölgəsində məhv edilib. Bununla yanaşı, hücum nəticəsində 10 yaşlı uşaq da daxil olmaqla üç nəfər yaralanıb”.
S.Sobyanin onu da əlavə edib ki, dronlar, həmçinin Rusiyanın elektron ticarət nəhəngi “Wildberries”ə məxsus anbara da zərbə endirib:
“Hücum nəticəsində logistika kompleksinə də ziyan dəyib.
Qeyd edək ki, Ukrayna və Rusiya aylardır ki, hava hücumlarını gücləndiriblər. Nəticədə mülki şəxslər arasında itkilərin sayı artır. Ötən həftənin bazar günü Rusiyada yüzlərlə pilotsuz təyyarənin hücumu nəticəsində 12 nəfər, Ukraynada isə Rusiyanın hava hücumları nəticəsində 7 nəfər həlak olub.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 18 Avqust 2026 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















