“Rusiyanın ərazi bütövlüyünü pozmaq istəyirlər” Putinin köməkçisi
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
“NATO hərbi yolla Rusiyanın ərazi bütövlüyünü pozmaq istəyir”.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin köməkçisi Nikolay Patruşev deyib.
“Kalininqrad vilayətinə yönəlmiş hədələr NATO-ya üzv ölkələrin Rusiyanın suverenliyini və ərazi bütövlüyünü hərbi yolla pozmaq niyyətlərinin növbəti sübutudur. Kalininqrad vilayətinə ediləcək istənilən hücuma Rusiya bütün qüvvə və vasitələrilə dərhal cavab verəcək”, - o bildirib.
Bundan əvvəl ABŞ-nin Avropa və Afrika qoşunlarının komandanı general Kristofer Donahyu bəyan etmişdi ki, NATO və onun müttəfiqləri Kalininqrad vilayətini məhv etmək üçün bütün imkanlara malikdir. Onun sözlərinə görə, bu region hər tərəfdən NATO-ya üzv ölkələrlə əhatə olunub və bu bölgəni yer üzündən qısa müddətdə silə bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 26 İyul 2025 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















