Icma.az
close
up
RU
Rusiyanın Ermənistana “qaz şantajı” davam edir

Rusiyanın Ermənistana “qaz şantajı” davam edir

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Aleksey Şevtsovun dediyi nədir, eşitdirdiyi nə?

Deyəsən, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın Rusiya qazını istənilən digər dövlət hesabına konpensasiya etməyin mümkünlüyünə dair açıqlaması Rusiyanın siyasi industriyasında, o cümlədən rəsmi dairələrində ciddi ajiotaj doğurub. Əslində, məsələyə ajiotaj pəncərəsindən baxmaq bir o qədər yerinə düşmür. Söhbət daha çox isterik durumdan gedir. O durum ki, özündə şantaj və hədə-qorxu elementlərini də daşıyır.

Əlbəttə, Rusiyadakı ayrı-ayrı politoloq, ekspert qırıqlarının hədə-qorxu tonlu fikirlərini bir kənara qoyuruq. Belələri, həmişə ağızlarını açıb gözlərini yummaq üçün səbəb tapırlar. Əsas məqam ölkənin rəsmi şəxslərinin reaksiyalarıdır. Reaksiya verənlərdən biri Aleksey Şevtsovdur. O Şevtsov ki, Rusiya Təhlükəsizlik Şurası katibinin müavinidir. O Şevtsov ki, sentyabrın əvvəlində TRIPP marşrutu xüsusunda söz açmış, bu layihəni, az qala, ABŞ-ın Ermənistanda – İran sərhədi yaxınlığında hərbi kontingent yerləşdirmək istəyi kimi dəyərləndirərək, dövlət rəsmisinə yaraşmayan qızışdırıcılıq yolu tutmuşdu.

Əlqərəz, Şevtsov indi bildirib ki, alternativ mənbələrdən qaz tədarükü İrəvan üçün baha başa gələcək. Dəqiqləşdirmə aparaq ki, burada “baha başa gəlmək” sözün həqiqi mənasındadır. Yəni Rusiya rəsmisi, ilk baxışdan, hədə-qorxu gəlmir. O deyir ki, ölkəsinin Ermənistana satdığı qaz ucuzdur, heç bir dövlət İrəvana Moskvanın hazırkı qiymətinə uyğun qaz təklif etməyəcək: “Şübhə yoxdur ki, Ermənistan üçün Rusiya qazından imtina Almaniya və ya digər Avropa ölkələri ilə müqayisədə daha ağrılı olacaq”.

A.Şevtsovun hədə-qorxusu dolayıdır. Bu barədə söz açacağıq. Hələlik isə bir suala aydınlıq gətirək: Görəsən, Rusiya qazından imtina Ermənistan üçün niyə ağrılı olmalıdır? Axı Ermənistanın əhali sayı heç 3 milyona çatmır. Onun da təxminən 1 milyonu ölkədə deyil. Üstəlik, ərazi fərqləri var. Yəni kiçik ölkə ilə Almaniya və digər Avropa ölkələri arasında müqayisə aparmaq heç yerinə düşmür. İkincisi, Rusiya qazı Ermənistana ucuz başa gəlsə də, sırf əhali sayı baxımından aradakı nisbəti konpensasiya etmək bir o qədər çətin deyil.

Üçüncüsü, A.Simonyanın açıqlaması o demək deyildi ki, Ermənistan daha Rusiyadan qaz almaq istəmir. Məsələ ikincinin birinciyə ucuz qaz satışını dayandırmaqla bağlı ritorikasına əsaslanır ki, bu da çoxdanın söhbəti və şantajıdır. Yəni Moskva durmadan İrəvana Avropa İttifaqına inteqrasiyanın “soyuqda donmaq” təhlükəsinin olduğunu xatırladır. Simonyanın fikri isə Ermənistanın Rusiyanın şantajına boyun əyməyəcəyinə dair mesajdır. Hər halda, şantaj varsa, ona cavab verilməlidir.

Görünür, Rusiyada belə düşünüblər ki, Ermənistan “soyuqda donmamaq” üçün geri çəkiləcək. Belə bir düşüncə varsa, çox yanlışdır. Çünki 2018-ci ildən bu yana İrəvan Moskva qarşısında acizlik göstərmir, əksinə, kifayət qədər qətiyyətli mövqe tutur və tutmaqdadır. Yəni mövcud durumda Rusiyanın “qaz şantajı” yerinə düşmür. Nəzərə alaq ki, Rusiyanın müxtəlif bəhanələrlə erməni məhsullarının ölkə ərazisinə girişini məhdudlaşdırır, Ermənistan rəhbərliyi geri addım atmır...

Bəli, Ermənistanın geri addım atmadığı bir durumda “qaz şantajına” getmək Rusiyanın nüfuzuna zərbədir. Həm də ona görə zərbədir ki, şantaj ritorikası Moskvanı İrəvanla əlaqəni tam kəsmək istəyən tərəfə çevirir. Digər yandan, hazırda məğz Rusiyanın Ermənistana qaz nəqlini tamamilə dayandırmasında yox, satışın müasir bazar qiymətlərinə uyğunlaşdırılmasındadırsa, rəsmi İrəvanın vəziyyətə hazır olduğuna dair qənaət formalaşır.

Əlbəttə, Ermənistan Rusiyanın ona vassal münasibətindən imtina edirsə, bilməlidir ki, ucuz qaz olmayacaq. Buna görə də Baş nazir Nikol Paşinyan iqtidarının təmsilçiləri qaz mənbələrini şaxələndirməkdən söz açırlar. Şaxələndirmə isə odur ki, hansı dövlət daha ucuz qaz təklif etsə, ona üstünlük veriləcək. Hesab edirik ki, mövcud trayektoriyada anlaşılmayacaq heç nə yoxdur.

Anlaşılmayan A.Şevtsovun münasibətidir. O, şantajı çox gendən götürür və deyir ki, ölkəsinin İrəvana ucuz qaz tədarükü xüsusilə də son illərdə Ermənistanın sabitliyinin qorunmasına və iqtisadi artımına töhfə verib. Görəsən, söhbət hansı sabitlikdən və iqtisadi artımdan gedir? Axı Ermənistanda gerçək sabitlik, o cümlədən siyasi sabitlik yoxdur. Bunun müxtəlif səbəbləri var. O cümlədən 44 günlük müharibədəki acınacaqlı məğlubiyyət vurğulanmalıdır. Hazırkı səbəb isə ölkədəki ruspərəst kəsimin çıxardığı oyunbazlıqdır.

İqtisadi artıma gəlincə, bəli, artımda Rusiyanın rolu var. Kreml bu rolu Ermənistanın vassala çevrilməsi üçün oynayır, ancaq istəyinə çata bilmir. Erməni məhsullarının Rusiyaya buraxılmaması kimi, “qaz şantajının” da məqsədi məhz budur. Halbuki, belə olmamalıdır. Necə olmalıdır, sonda bu barədə söz açaq.

Rusiyada tam qəti şəkildə qonşularla və region ölkələri ilə bərabərtərəfli münasibətlərin qurulmalı olduğunu anlamalıdırlar. Hansısa dominant mövqenin yolverilməzliyi də ciddi şəkildə dərk edilməlidir. Əks halda, Şevtsov və onun kimilərindən sual oluna bilər: Sizə nə var Ermənistanın qaz mənbələrinin şaxələndirilməsinin əlavə müşayiətedici xərclər tələb etməsindən? Yaxud sizə nə düşüb Ermənistandakı sabitlikdən və iqtisadi artımdan?

Amma Rusiya siyasiləri belə düşünmürlər. Onların fikrincə, Ermənistan Rusiyasız nəfəs ala bilməz. Buna görə də Şevtsovun fikirləri həm də erməni cəmiyyətinə mesajdır. Mesaj, loru dildə desək, təxminən belədir: Paşinyan hakimiyyəti başqa ölkələrdən baha qaz almaqla, sizin cibinizə girəcək, nəticədə, dolanışığınız pisləşəcək.

Nəfəsdən söz düşmüşkən, rəsmi İrəvanın mövqeyi Rusiyanın Ermənistana yalnız süni nəfəs verdiyi qənaətinə söykənir. Axı nəfəs süni olmamalıdır. Mövcud xüsusda hansı addımların atılacağı, həmçinin barəsində söz açdığımız qaz mənbələrinin şaxələndirilməsi siyasətinin necə davam edəcəyi Paşinyan administrasiyasının qətiyyətindən və sağlam yanaşmasından asılı olacaq. Bu yanaşma olacaqmı, onu zaman göstərəcək.

Əvəz RÜSTƏMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Sentyabr 2026 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see365

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see351

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see275

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see265

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see255

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see244

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see237

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see236

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see231

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see223

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see221

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see212

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see211

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see190

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see188

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see185

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see177

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see173

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri