Icma.az
close
up
RU
Rusiyanın Ermənistana total hücumu: Lavrov KTMT nin toplantısını İrəvana qarşı çevirib

Rusiyanın Ermənistana total hücumu: Lavrov KTMT nin toplantısını İrəvana qarşı çevirib

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qırğızıstanın Çolpon-Ata şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının iclası növbəti dəfə Ermənistansız keçirilib. Rəsmi İrəvan yenə nümayişkaranə şəkildə heç bir səbəb göstərmədən qurumun iclasını boykot edib.

Rusiya isə fürsətdən istifadə edərək toplantını bütövlükdə Ermənistanın tənqidi, aşağılanması, onun daxili işlərinə qarışmaq üzərində qurub. Ölkənin xarici işlər naziri Sergey Lavrov əvvəlcə Ermənistan baş naziri Nikol Paşinyanın kilsəyə qarşı mübarizəsinə sərt reaksiya verib. O, İrəvan hakimiyyətini ultimativ formada hədələyərək erməni apostol kilsəsi ətrafında münaqişənin həll edilməli olduğunu vurğulayıb. Nazir bildirib ki, Rusiya kilsənin əsassız hücumlara məruz qalmamasında maraqlıdır.

"Mövzunu müzakirə etdik, Ermənistan Respublikası daxilində baş verənlərlə bağlı ciddi narahatlığımızı bildirdik. Kanonik, minillik erməni apostol kilsəsinə qarşı hücumlar ciddi narahatlıq doğurur. Biz bu kilsənin əsassız, mahiyyətcə hər hansı ciddi əsas olmadan hücumlara məruz qalmasını istəməzdik. Və biz bu münaqişənin, bu vəziyyətin Ermənistanın konstitusiyası əsasında, dindarların hüquqlarına, əslində, istənilən digər insan hüquqlarına tam hörmət əsasında mümkün qədər tez tənzimlənməsində maraqlıyıq", - deyə Lavrov iclasda söyləyib.

Bəllidir ki, məhz erməni kilsəsi Rusiyanın Ermənistanda əsas dayaqlarından biri olub və başladılan hərəkatın da başında məhz Kreml dayanır. Lakin Nikolun kilsəyə qarşı sərt addımları Kremlin planlarını pozub. Bu səbəbdən də Lavrov KTMT iclasının böyük bir hissəsini erməni keşişlərin müdafiəsinə həsr edib.

İrəvan da bu ittihamları cavabsız qoymayıb və XİN rəhbəri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovu Ermənistanın daxili işlərinə müdaxilə etməkdə ittiham edib. O, Rusiyanın bu hərəkatda roluna üstüörtülü şəkildə işarə edərək kilsə xadimlərini Ermənistanda siyasi proseslərə qatılmaqda və müdaxilə etməkdə günahlandırıb.

Məlumat üçün bildirək ki, iyunun 26-da Ermənistan İstintaq Komitəsi ölkədə terror aktlarının təşkili və hakimiyyəti ələ keçirmə ilə bağlı cinayət işinin iştirakçıları olan "Müqəddəs mübarizə" hərəkatının rəhbərləri və iştirakçıları arasından 15 nəfərin həbs edildiyini bildirib. Həbs edilənlər arasında "Müqəddəs mübarizə" hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan, daha iki din xadimi, qondarma Artsax parlamentinin keçmiş "deputat"ı David Qalstyan, ehtiyatda olan polkovnik Miqran Maxsudyan, Daşnaksütyun üzvü İqor Sarkisyan var.

Növbəti gün Şirak yeparxiyasının başçısı, arxiyepiskop Mikael Acapahyan barəsində cinayət işinin açıldığı məlum olub. Onun saxlanılması üçün Eçmiadzinə Milli Təhlükəsizlik Xidməti əməkdaşları daxil olub, güc strukturları ilə toplaşan dindarlar və ruhanilər arasında mübahisələr baş verib. Daha sonra Acapahyan müstəqil şəkildə İrəvana, İstintaq Komitəsinə gedib, orada saxlanılıb. İyunun 28-də səhər tezdən məhkəmə onun iki ay müddətinə həbsinə sanksiya verib.

Arxiyepiskop ittihamı qəbul etmir, vəkillər bu qərardan apellyasiya şikayəti verməyi planlaşdırırlar.

Maraqlıdır ki, KTMT-nin əvvəlki iclaslardan fərqli olaraq, bu dəfə zalda Ermənistan bayrağı da asılıb. Yəqin ki, Kreml bu addımla heç bir halda İrəvanı qurumdan kənar görmək istəmədiyini büruzə verməyə çalışıb.

Rusiya Xarici İşlər Nazirliyi (XİN) bu məsələdə nəzarətində olan politoloq və ekspertlərdən yararlanıb. Məsələn, siyasi elmlər doktoru Alikbek Jekşenkulov Rusiya mediasına müsahibəsində xüsusi vurğulayıb ki, Ermənistandan alət kimi istifadə edilir. O bildirib ki, hədəf KTMT və Avrasiya İqtisadi İttifaqını parçalamaqdır. Onun sözlərinə görə, belə cəhdlər perspektivsizdir və Ermənistan rəhbərliyi xarici siyasət kursunu müəyyən edərkən cəlbedici, lakin aldadıcı vədləri izləmək əvəzinə, ölkənin geosiyasi vəziyyətini nəzərə almalıdır.

İttihamları bu gün Rusiya XİN-in MDB ölkələri üzrə IV departamentinin rəis müavini Dmitri Masyuk daha sərt formada səsləndirib. O, nazirin ardınca Ermənistanı tez-tez öz milli maraqlarına ziyan vurmaqda, Qərbə istiqamətlənməkdə günahlandırıb. Masyukun sözlərinə görə, bu, xüsusilə, KTMT ilə əməkdaşlıqdan uzaqlaşmağa aiddir.

"Ermənistandakı qərblilərin destruktiv təsirini hiss edirik. Dərin təəssüf hissi ilə qeyd etməliyik ki, Cənubi Qafqaz respublikasında bu dəyişikliklərə güclü müqavimət göstərilmir və ermənilər tez-tez öz milli maraqlarına ziyan vuraraq Qərbə istiqamətlənməyə davam edirlər. Konkret nümunə - İrəvanın KTMT ilə əməkdaşlıqdan uzaqlaşmasıdır", - deyə o bildirib.

Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiyanın ölkənin daxili işlərinə qarışmaq cəhdinə sərt cavab verib. O, ölkə ərazisində Rusiya telekanallarının yayımının dayandırılması mümkünlüyündən danışıb.

"Hesab edirəm ki, biz Ermənistanda Rusiya telekanallarının yayımının dayandırılması məsələsini çox ciddi şəkildə müzakirə etməyə başlamalıyıq. Bu, Ermənistan-Rusiya münasibətlərinə ziyan vurur", - Simonyan qeyd edib. O, rusiyalı aparıcıları Ermənistan-Rusiya münasibətlərinə mənfi təsir göstərərək atmosferi gərginləşdirən "degeneratlar" adlandırıb.

Göründüyü kimi, Cənubi Qafqazdan birdəfəlik qovulmaq təhlükəsini hiss edən Rusiya bütün hücum ssenarilərini işə salıb. İstəyinə nail olmadıqda isə çevriliş, hədə-qorxu, ölkələrin daxili işlərə qarışmağa çalışır. Hədəfinə çatacağı isə çətin görünür.

"Report" İnformasiya Agentliyi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 İyul 2025 21:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see242

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see176

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see169

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see151

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see146

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri