Icma.az
close
up
RU
Rusiyanın əsas sənaye sahələrindən biri iflas dalğası ilə üz üzədir..?

Rusiyanın əsas sənaye sahələrindən biri iflas dalğası ilə üz üzədir..?

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Müflisdən əvvəlki vəziyyətdə olan 27 kömür şirkəti var...

…Ölkənin ən böyük xammal sahələrindən biri olan Rusiyanın kömür sənayesi Qərbin sanksiyaları və Asiyaya ixracla bağlı problemlər fonunda iflas dalğası ilə üzləşə bilər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ümumi hasilat həcmi ildə 40 milyon ton olan 27 kömür şirkəti iflasdan əvvəlki vəziyyətdədir.

Ümumilikdə ildə 126 milyon ton məhsul istehsal edən daha 62 müəssisə ötən ilin yekunlarına əsasən “orta sənaye səviyyəsindən yüksək” itkilər qeydə alıb.

Bu, Energetika Nazirliyinin “Vedomosti”nin tanış olduğu qiymətləndirmələrindən irəli gəlir. 2024-cü ildə ölkədə kömür hasilatı 438,6 milyon ton (2023-cü ilə nisbətən -0,2 faiz) təşkil edib, beləliklə, istehsalın təxminən 9 faizini təmin edən müəssisələr iflas ərəfəsində, daha 29 faizi isə risk altındadır.

…Energetika Nazirliyinin qeyd etdiyi kimi, 2024-cü ildə zərərli kömür şirkətlərinin payı 50 faiz təşkil edib və ümumi gəlir 2023-cü illə müqayisədə 19 faiz azalaraq 1,8 trilyon rubl olub.

Ümumilikdə, kömür şirkətləri vergidən əvvəl 129 milyard rubl zərər çəkib. bir il əvvəl 357 milyard mənfəətə qarşı.

Bu baxımdan, ölkənin əsas kömür hasilatı bölgəsi olan Kemerovo vilayətində (Kuzbass), eləcə də Xakasiyada xüsusilə çətin vəziyyət yaranır.

Kuzbassda zərərli kömür şirkətlərinin payı keçən il 34,8 faizə qarşı 57,3 faiz, Xakasiyada 50 faiz (2023-cü ildə bu yox idi). Kuzbassda kömür şirkətlərinin gəlirləri 2024-cü ildə üç dəfə - 84,9 milyard rubla, Xakasiyada - 12 dəfə - 1,4 milyarda qədər azalıb.

“Vedomosti”nin iri kömür şirkətlərindən birindəki mənbənin sözlərinə görə, bu iki regionda bir çox müəssisələr istehsal planlarını azaldır və “fərdi istehsal sahələrinə güvənirlər”.

…Qeyd edilməlidir ki, Energetika Nazirliyi kömür sənayesi üzrə antiböhran proqramı çərçivəsində xaricə tədarüklərin iqtisadiyyatının yaxşılaşdırılması üçün tədbirlər görməyi təklif edir, amma…

Bundan başqa, nazirlik sənayedə vəziyyətin sabitləşməsi üçün şirkətlərə güzəştli kreditlərin verilməsini də təklif edir, amma...yenə də amma..?

Əli Babayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Mart 2025 00:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri