Rusiyanın hücumları nəticəsində Zaporojyedə 5 nəfər ölüb, Sumı və Xarkovda yaralananlar var
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiyanın Zaporojye vilayətinə hücumu nəticəsində 5 nəfər həlak olub.
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Sumı və Xarkov vilayətlərində isə bir neçə nəfər yaralanıb.
Yaralılar arasında uşaqlar da var.
Zaporojye vilayətinin rəhbəri İvan Fedorov bildirib ki, Rusiya ordusu Ternuvate kəndini artilleriya atəşinə tutub, nəticədə 3 qadın ölüb. Bir neçə ev və mağaza dağılıb. Digər yaşayış məntəqəsinə endirilən hava zərbəsi nəticəsində daha bir nəfər həyatını itirib. Ümumilikdə 9 nəfər yaralanıb, bir ev tamamilə dağılıb.
Sumı vilayətindəki dron hücumu nəticəsində 6 nəfər xəsarət alıb. Qubernator Oleq Sinehubov yaralılar arasında 7 yaşlı uşağın da olduğunu bildirib. Hücum nəticəsində bir neçə bina ziyan görüb.
Xarkovda da Rusiya hücumu nəticəsində mülki şəxslər yaralanıb.
Hücumlar Rusiya və Ukrayna arasında planlaşdırılan sülh danışıqları ərəfəsində baş verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 02 İyun 2025 09:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















