Rusiyanın hücumunda ölən azərbaycanlı kapitan dəfn edildi
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukraynadan İtaliyaya taxıl daşıyan və Rusiyanın PUA hücumuna məruz qalan “Röyad Məmmədov” yük gəmisinin kapitanı Rüstəm Həsənovun nəşi Azərbaycana gətirilib.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qalib Osmanlı Modern.az-a bildirib ki, Rüstəm Həsənov doğulduğu Masallı rayonunda torpağa tapşırılıb.
Qalib Osmanlı hücum zamanı itkin düşən gəmi aşpazı Məhəmməd Süleymanzadə ilə bağlı vəziyyətin hələ dəqiqləşmədiyini deyib.
Onun sözlərinə görə, Məhəmməd Süleymanzadənin tapılması istiqamətində işlər aparılır. Ölüm faktı isə hələ təsdiqlənməyib.
Qeyd edək ki, “Röyad Məmmədov” yük gəmisi Rumıniya sahillərindən təxminən 20 dəniz mili məsafədə Rusiyanın pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Hadisə nəticəsində gəminin kapitanı Rüstəm Həsənov və aşpaz Məhəmməd Süleymanzadənin həlak olduğu bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 09 Oktyabr 2026 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















