Rusiyanın Ukraynaya hücumunda ölən və yaralananların sayı artıb YENİLƏNİB 1
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya silahlı qüvvələrinin səhər saatlarında Xarkovda hündürmərtəbəli binanı raket atəşinə tutması nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
APA xəbər verir ki, Xarkov meri İqor Terexovun hücumlar nəticəsində 20 nəfərin isə yaralandığını bildirib.
***
08:17
Rusiya silahlı qüvvələrinin səhər saatlarında Xarkovda hündürmərtəbəli binanı raket atəşinə tutması nəticəsində həlak olanların və uşaqlar da daxil olmaqla çoxlu sayda xəsarət alanların olduğu bildirilir.
APA xəbər verir ki, Xarkov meri İqor Terexov hücumlar nəticəsində üç nəfərin həlak olduğunu bildirib.
Bundan başqa altısı uşaq olmaqla 17 nəfərin də yaralandığı bildirilir.
Xatırladaq ki, gecə saatlarında Xarkovda yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində bir 13 yaşlı qız da daxil olmaqla 11 nəfər xəsarət alıb.
***
07:16
Rusiya ordusu avqustun 17-də Ukrayna ərazisini pilotsuz təyyarələr və raketlərdən atəşə tutub.
APA xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin öz “Telegram” kanalında məlumat verilib.
Gecə boyu PUA və raket hücumları nəticəsində təkcə Xarkovda xəsarət alanların sayı 11 nəfərə çatıb. Məlumata görə partlayışlar nəticəsində 10-dan çox hündürmərtəbəli yaşayış binası və 5 avtomobil zərərə görüb.
Bundan başqa Sumı, Dnepropetrovsk, Çerniqov vilayətləri, Odessa şəhəri PUA və raket hücumlarına məruz qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 18 Avqust 2025 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















