Rusiyanın Kyiv və Odesaya hava hücumları nəticəsində iki nəfər yaralanıb
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiyanın Ukraynanın paytaxtı Kyivə və Odesa şəhərinə endirdiyi hava zərbələri nəticəsində iki nəfər yaralanıb, APA xəbər verir.
APA xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Xidməti və Odesa şəhər administrasiyasının rəhbəri Serhiy Lysak məlumat veriblər.
Bildirilib ki, hücumlar nəticəsində Kyivdə bir, Qara dəniz sahilində yerləşən Odesada isə daha bir nəfər xəsarət alıb.
Serhiy Lysakın sözlərinə görə, Odesaya endirilən zərbələr nəticəsində şəhərin infrastrukturuna da ziyan dəyib.
O, dəymiş ziyanın miqyası və hansı infrastruktur obyektlərinin zərər gördüyü barədə ətraflı məlumat verməyib.
Bu mövzuda digər xəbərlər:Rusiyanın Zaporojoyaya hücumu nəticəsində 4 nəfər yaralanıb
18 Avqust 2025 13:15
Rusiyanın hücumu nəticəsində Ukraynada 16 nəfər yaralanıb
14 Noyabr 2025 08:13
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
11 Sentyabr 2026 20:25
Rusiyanın hücumu nəticəsində Xarkovda 73 nəfər yaralanıb
03 Noyabr 2026 14:12
Rusiyanın Smolensk vilayətinə dron hücumları nəticəsində iki nəfər ölüb
11 Noyabr 2026 11:14
Baxış sayı:150
Bu xəbər 01 Oktyabr 2026 09:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















