Rusiyanın mümkün təcavüzünə görə Aİ ölkələrindən 100 milyard avro tələb olunur
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avropanın müdafiə üzrə komissarı Andrius Kubilius Avropa İttifaqı (Aİ) ölkələrindən Rusiyanın mümkün təcavüzünə hazırlıq üçün növbəti yeddi illik ittifaq büdcəsinə 100 milyard avro ayırmağı tələb edib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “Politico” qəzetinə müsahibəsində bildirib.
Məlumata görə, bu məbləğ Aİ-nin cari yeddiillik büdcəsində müdafiəyə ayrılan məbləğdən on dəfə çoxdur.
“Rusiyanın mümkün təcavüzünə hazır olmalıyıq. Əgər Ukraynada uğursuzluğa düçar olsaq, təbii ki, Rusiyanın Aİ-yə üzv dövlətlərə qarşı hərbi təcavüzü ehtimalı arta bilər”, - deyə iki dəfə Litvanın baş naziri olmuş Kubilius qeyd edib.
Qeyd edək ki, Aİ-nin 2021-2027-ci illər üçün hazırkı yeddiillik büdcəsində müdafiəyə 10 milyard avro ayrılıb.
Bu mövzuda digər xəbərlər:Aİ ölkələrindən Rusiya neftinə tələbat
14 Yanvar 2025 10:32
Ukrayna Aİ ölkələrindən artıq 124 milyard avroluq yardım alıb
26 Noyabr 2024 12:57
Avropanın müdafiə komissarı “Rusiya təcavüzünə” qarşı 100 milyard avro tələb etdi
09 Dekabr 2024 16:38
Aİ ölkələrindən biri Rusiyaya şərab ixracını artırıb
21 Dekabr 2024 22:57
ABŞ G7 ölkələrindən bunu tələb edəcək
12 Sentyabr 2025 12:12
Baxış sayı:130
Bu xəbər 09 Dekabr 2024 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















