Icma.az
close
up
RU
Rusiyanın nüvə alimi Monqolustanda saxlanılıb

Rusiyanın nüvə alimi Monqolustanda saxlanılıb

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Monqolustan Respublikasının ərazisində Rusiyanın tanınmış alim, nüvə fiziki Andrey Ojarovski radioaktiv tullantıların qorunduğu poliqonda radiasiya dərəcəsini ölçərkən saxlanılıb.
Reyting.az
"The Insider" nəşrinə istinadla bildirir ki, hadisədən az sonra alim özü də sosial şəbəkələrdə saxlanılmasını təsdiqləyib.
A. Ojarovskinin sözlərinə görə, artıq o, yerli hüquq-mühafizə orqanları tərəfindən "həbs olunub".
Bildirilir ki, Ojarovski bir nüvə fiziki kimi əslində, öz işini görüb. Lakin onun köhnə radioaktiv tullantılar poliqonuna daxil olması, burada radiasiya səviyyəsini ölçməsi naməlum səbəblərdən narahatlıq doğurub və nəticədə alim saxlanılıb.
Məlumata görə, Ojarovskini Monqolustana yerli fəallar dəvət ediblər. Yeganə məqsəd tullantıların saxlanıldığı poliqonda radioaktiv çirklənməni araşdırmaq olub. Nəticədə məşhur fizik Qobi səhrasında fəaliyyət göstərən uran mədəninin yaxınlığında çirklənmə aşkara çıxarıb və daha sonra ölkənin şərqindəki Marday yatağını yoxlamağa yollanıb.
"The Insider" yazır ki, ən böyük radioaktiv tullantılar poliqonu bu ərazidəki Marday yatağında yerləşir.
Alim poliqonu yoxlayan zaman qəfildən miqrasiya xidməti əməkdaşlarının olduğu bir avtomobil yaxınlaşıb, alimi saxlayıb və pasportunu əlindən alıblar.
Ojarovskinin dediyinə görə, onu Rusiya–Monqolustan sərhədinə aparmağa qərar veriblər.
"Monqolustanın Miqrasiya Xidməti, polis və mülki geyimli iki nəfər məni radioaktiv tullantılar yığınının üstündə tapdı. Onlar məni necə tapdıqları barədə şübhələrim də var, ola bilsin ki, onlar telefona izləmə qoyublar. Nəticədə isə öncə pasportumu aldılar və mən bunu azadlığımın – ən azı hərəkət azadlığımın əlindən alınması kimi qiymətləndirirəm. Saxlanılmağımın əsas səbəbini izah etmələrini də xahiş etdim. Lakin bacarmadılar, ya da istəmədilər. Monqolustan hökuməti indiyədək köhnə sovet radioaktiv tullantılarının keşiyində durur. Mənim gördüyüm budur və bu çox üzücüdür",- deyə rusiyalı alim Teleqram kanalında yazıb.
Xatırladaq ki, Ojarovski tək alim kimi yox, həm də ekoloji fəal kimi tanınıb. O, atom energetikasının əleyhdarıdır və Belarusun Ostrovec şəhərinin yaxınlığında inşa olunan Belarus AES-ə qarşı fəal şəkildə çıxış edib.
Dəfələrlə bir çox Rusiya və xarici nəşrlər qeyd edib ki, rusiyalı nüvə fiziki, alim və tanınmış ekoloji fəal Ojarovski Rusiya-Ukrayna müharibəsi ilə bağlı hələ də konkret mövqe bildirməyib. Mətbuat alimin bu mövzu ilə bağlı açıqlamalardan qaçdığını xüsusi vurğulayıb.
Oqtay QORÇU
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://reyting.az
archiveBu xəbər 20 Avqust 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see324

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see305

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see279

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see268

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see264

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see241

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see241

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see238

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see227

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see222

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see216

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see215

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see209

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see200

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see199

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see197

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see196

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see186

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see182

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri