Rusiyanın Qafqazda tarixi mövcudluğu və dəyişən geosiyasi reallıqlar (ŞƏRH)
Icma.az, Qaynarinfo saytına istinadən bildirir.
"Rusiyanın Qafqazdakı mövcudluğu XVIII əsrdən etibarən formalaşmağa başlayıb. Bu dövrdə Rusiya imperiyası Cənubi Qafqaz uğrunda əsasən Osmanlı İmperiyası və İran (Səfəvilər, daha sonra Qacar dövləti) ilə uzunmüddətli və çoxşaxəli müharibələr aparıb. XVIII əsrin sonu - XIX əsrin əvvəllərində baş verən Rusiya-Osmanlı və Rusiya-İran müharibələri regionun geosiyasi xəritəsini köklü şəkildə dəyişib".
Bu sözləri konfliktoloq Azər Hüseynov Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Cənubi Qafqaz ölkələrini hədələyən bəyanatını şərh edərkən deyib.
Azər Hüseynov bildirib ki, xüsusilə XIX əsrin ortalarına doğru, 1860-cı illərdə Rusiya həm Şimali Qafqazda, həm də Cənubi Qafqazda hərbi-siyasi baxımdan tam şəkildə möhkəmlənib, Osmanlı və İranın bölgədəki təsir imkanlarını minimuma endirərək faktiki olaraq inhisarçı nəzarət qura bilib:
"Bu mərhələdən sonra Qafqaz Rusiya imperiyasının təhlükəsizlik, logistika və regional idarəetmə strategiyasının ayrılmaz hissəsinə çevrilib".

Ekspert bildirib ki, 2020-ci il 44 günlük Vətən müharibəsindən sonra Rusiyanın Cənubi Qafqazdakı mövqeləri ciddi şəkildə zəifləyib. Onun sözlərinə görə, müharibənin nəticələri və sonrakı siyasi proseslər göstərdi ki, Moskvanın bölgədə mütləq dominant aktor kimi çıxış etmək imkanları əhəmiyyətli dərəcədə məhdudlaşıb:
"Vaşinqton formatında formalaşan yeni diplomatik təşəbbüslər və Qərbin proseslərə artan marağı Cənubi Qafqazda mövcud güc balansını qismən dəyişib. Bununla belə, Rusiyanın bölgədən tamamilə kənarlaşdırıldığını iddia etmək real deyil. Moskva Cənubi Qafqazda təxminən iki əsrlik idarəetmə və təsir təcrübəsinə malikdir, regionun etnik, sosial, siyasi və təhlükəsizlik dinamikalarını kifayət qədər dərindən tanıyır. Eyni zamanda Rusiya bu gün də bölgədə sosial, siyasi, iqtisadi və hərbi şəbəkələrə sahibdir. Xüsusilə Ermənistan ərazisində davam edən hərbi mövcudluq Moskvanın regiondan tam çəkilmədiyini göstərir. Bu reallıqlar fonunda Cənubi Qafqaz ölkələri, xüsusilə Azərbaycan üçün əsas vəzifə milli maraqların və təhlükəsizlik prioritetlərinin çoxşaxəli şəkildə qorunmasıdır".
Təhlilçi bildirib ki, Azərbaycan bu məqsədlə Türkiyə ilə müttəfiqlik münasibətlərini daha da dərinləşdirməli, xarici tərəfdaşlar şəbəkəsini (Qərb, Orta Asiya, Yaxın Şərq və digər regional aktorlarla) genişləndirməli, regional və qlobal güclər arasında balanslı, praqmatik və çevik xarici siyasət xəttini davam etdirməlidir:
"Məhz bu yanaşma Azərbaycana istənilən geosiyasi ssenaridə manevr imkanlarını qorumağa və mümkün risklərdən sığortalanmağa şərait yarada bilər".
Bundan əvvəl Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin "Sputnik Armenia"ya müsahibəsində bildirib ki, Rusiya fiziki olaraq Cənubi Qafqazı tərk edə bilməz və etməyəcək, çünki "Rusiya Qafqaz dövlətidir".
Ondan əvvəl isə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kalugin bildirmişdi ki, Moskva Zəngəzur dəhlizi (TRIPP marşrutu) təşəbbüsünün parametrləri və Rusiyanın mümkün iştirakı ilə bağlı İrəvanla məsləhətləşmələrə hazırdır. Diplomatın sözlərinə görə, Rusiya Federasiyası TRIPP marşrutunda iştirak etmək üçün informasiya kampaniyasını və rəsmi təbliğatını Ermənistanla danışıqların önə çıxarılması kontekstində qurur.
Siyasət şöbəsi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:22
Bu xəbər 30 Dekabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















