Icma.az
close
up
RU
Rusiyanın qanunsuz əsaslarla yaşayan miqrantlarla bağlı tədbirləri sadəcə azərbaycanlıları hədəf almır

Rusiyanın qanunsuz əsaslarla yaşayan miqrantlarla bağlı tədbirləri sadəcə azərbaycanlıları hədəf almır

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya ilə Azərbaycan arasında münasibətlərin belə bir gərgin həddində azərbaycanlı miqrantların Rusiyadan geri qaytarılması ölkələrarası münasibətlərə daha da mənfi təsir edə bilər.

“Rusiya tərəfi qanunsuz miqrasiya ilə mübarizə müstəvisində müxtəlif ölkələrdən olan qanunsuz miqrantlarla bağlı zəruri tədbirlər həyata keçirir. Yəni burada tək azərbaycanlılar "hədəf" mərkəzində deyil. Burada Mərkəzi Asiya ölkələrindən olan miqrantlar və Ermənistandan olan miqrantlar da nəzərdə tutulub. Hədəfdə öncəlik Mərkəzi Asiya ölkələrindən olan miqrantlardır”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Allahverənov danışıb. Deputat qeyd edib ki, Rusiya Mərkəzi Asiya respublikalarından olan miqrantlarla bağlı sərt tədbirlər, eyni zamanda həmin respublikaların müvafiq strukturlarının və bütövlükdə respublikalarının, hökumətinin Rusiya Federasiyası ilə bağlı münasibətlərdə müəyyən gərginliyə səbəb ola biləcəyini anlayır və bu səbəbdən də Rusiya çalışır ki, burada müəyyən bir amortizasiya elementlərindən istifadə etsin, hətta bunu eyni qayda üzrə digər respublikalarla da, o cümlədən də Azərbaycanla edə bilər.

Azər Allahverənov

Deputatın fikrincə, Rusiyada qanunsuz əsaslarla yaşayan azərbaycanlı miqrantların sayı çox olmadığı üçün sırf bu mövzu üzərindən gərginliyin olması inandırıcı deyil: “Digər məsələlər var ki, onun üzərində müəyyən ajiotaj yaşanmaqdadır. Bu, Azərbaycanda “Rus evinin” bağlanılması ilə əlaqəlidir. Rusiyada buna qarşı çox böyük bir etiraz dalğası geniş miqyas almaqdadır. Təyyarə qəzası ilə bağlı Rusiyanın üzərinə düşən konkret öhdəliklər var. İstənilən halda Rusiya ərazisində təyyarəmizin vurulması ilə bağlı faktlar danılmazdır. Buna əsasən, Rusiya zəruri addımları atmalıdır. Qəzada vəfat etmiş şəxslərin ailə üzvlərinə və xəsarət almış şəxslərə təzminatın verilməsi, təyyarənin vurulması səbəbindən təyyarənin məbləğinin zərərçəkən ölkəyə ödənilməsi və bu hadisədə günahkar olan tərəflərin məsuliyyətə cəlb olunması kimi məsələlər öz həllini tapmalıdır. Belə olduğu təqdirdə, münasibətlər daha da gərgin müstəviyə çıxmayacaq”.

Azər Allahverənov hesab edir ki, gərginlik zaman-zaman dövlətlərarası münasibətlərdə spiralvari baş verir, hətta ola bilər ki, başqa bir hadisələr yaşansın və bu gərginlik bir qədər də artsın, yəni bir gərginliyin artmasına səbəb olan digər hadisələr olur və ya keçmişdə baş verən hadisələr də təsir edə bilir.

Azər Allahverənovun fikirncə, istənilən halda məsələyə münasibət bir qədər soyuqqanlı və emosiyadan kənar bildirildikdə, gərgin səviyyə və ya pik həddə gəlib çatmaz.

“Azərbaycan bu mövqedən çıxış edir. Amma Rusiya tərəfində bunu görmürük. Əgər Rusiya tərəfi də bu mövqedən çıxış edərsə, yaranmış vəziyyətdən çıxış yolu tapa bilər”-deyə deputat əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 Fevral 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri