Icma.az
close
up
RU
Rusiyanın sabiq xarici işlər nazirinin atası Saatlıda niyə dəfn edilib?

Rusiyanın sabiq xarici işlər nazirinin atası Saatlıda niyə dəfn edilib?

Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tanınmış yazıçı-filosof Firuz Mustafa Rusiyanın sabiq xarici işlər naziri İqor İvanovun atası ilə bağlı maraqlı araşdırmasını təqdim edib. 

Bu araşdırmada deyilir ki, sabiq nazirin atası Azərbaycanda, Saatlı rayonunda dəfn olunub.

AzPost yazını təqdim edir:

Rusiyanın keçmiş Xarici işlər naziri İqor İvanovla, daha doğrusu onun atası Sergey İvanovun Saatlıdakı məzarı ilə bağlı qeydlərim bir çox oxucular tərəfindən maraqla qarşılandı. Hətta, o məzarın indiki taleyi, vəziyyəti ilə bağlı sual verənlər də oldu.

Artıq dediyim kimi, keçmiş XİN şefini bizim ölkımizlə onun atasının Saatlıdakı qəbri “bağlayır”. Əslində belə bir mövzuya müraciət etmək fikrim olmasa da, əlimin altındakı maraqlı faktlar məni bir-iki kəlmə söz deməyə vadar etdi. Bir də ki, mənim bu tipli yüzlərlə “axtarış və tapıntılarım” olub.

Sözün qısası, rus mənbələrinə isnad edərək ata İvanovun uzun müddət Saatlı Dəmiryol sistemində işlədiyini deyə bilərik. “Rus qəbristanlığında” dəfn olunan Sergey İvanovun qəbri hazırda qamış, kol-kos, ot-ələf içində itib batmaqdadır.

Rus jurnalistlərindən biri illər öncə Saatlıda olarkən vaxtilə Sergey kişi ilə birlikdə işləmiş və onunla qonşu olmuş Müzəffər Məmmədov adlı rayon sakinini tapıb onunla söhbət edib. 1929-cu il təvəllüdlü Müzəffər kişinin dediyinə görə, Sergey İvanov vaxtilə hərbiləşmiş dəmiryol sistemində işləmiş və bu sahədə zabit rütbəsi alıbmış. Onu Saatlıya Tiflisdəki Baş idarədən göndəriblərmiş. Sergey təşkilatçılığı ilə seçilirmiş və onu Saatlıda raykomun büro üzvü seçiblərmiş.

Müzəffər kişinin dediyinə görə, rus qonşusu özü haqqında çox danızmazmış, amma digər nikahdan olan oğlunun Rusiyada yüksək vəzifə tutduğunu deyərmiş. Sergey İvanovun dəfni Saatlıda yaxşı təşkil olunub, qəbri üstünə əklillər qoyulub.

Keçmiş nazirin atasının qonşularından biri də Lidiya Urum adlı xanım olub. Bu qadının dediyinə görə, 60-cı illərdə Sergeyə oğlu İqorun Bakıya gəldiyini bildiriblər və orada ata-oğul görüşüblər. Saatlıdakı rus icmasının başçısı mərhum Vadim Xlebnik deyirmiş ki, Sergey vəfat edəndə bu barədə İqora teleqram vurublar, amma cavab gəlməyib. Həmin dövrdə İqor Segeyeviç xaricdə olub.

Gələcək nazir dediyildiyi kimi, Sergeyin gürcü arvadı Eliko Saqiraşvilidən dünyaya gəlib. İqorun həmin nikahdan bir bacısı da var. Sergeyin digər arvadı Mariya Qriqoryevnadan da iki övladı olub- Yelena və Nikolay.

Jurnalistlər Sergey İvanovun iki evliliyi olduğunu bildirsələr də, onun birinci evliliyinin kiminlə- Mariya yoxsa Eliko ilə olduğunu dəqiqləşdirə bilməyiblər. Olsun ki, eyni vaxtda onun iki həyat yoldaşı olub. Amma bu faktdır ki, İqor yeddi yaşınacan Gürcüstanda (Axmeta deyilən yerdə) gürcü nənəsi və babası ilə birgə yaşayıb. O, daim “yarımgürcü” olduğunu və bununla fəxr etdiyini deyir.

XİN şefi 2 sentyabr 1999-cu il tarixdə Bakıdaa olarkən ona atasının məzarı ilə bağlı sual veriblər. Eks-nazir o vaxt bu məsələdən xəbərdar olduğunu bildirib. Üstəlik atasının məzarına olan münasibətə görə haqlı tənqidə tuş olduğunu da etiraf edib.

Sözün qısası, eks XİN naziri İqor İvanov atasının məzarını ziyarət etməyib.

Bu da insan talelərindən bir lövhə.

Bəli, bəzən belə də olur.

1.İqor İvanovun atasının Saatlıdakı qəbri.

2.Primakov, Lavrov və İvanov. Onların hər üçü Gürcüstanda doğulub, hər üçü XİN naziri olub, hər üçü vaxtilə Gürcüstana rus əsgərlərinin hücumunun “flaqmanı” olublar.

Firuz Mustafa

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://azpost.info
archiveBu xəbər 17 Dekabr 2025 00:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see291

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see290

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see250

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see227

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see198

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see191

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see161

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see154

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see150

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see149

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see147

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see143

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri