Rusiyanın Smolensk vilayətində yük maşını ilə yük qatarının toqquşub Video
Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsinin mətbuat xidməti məlumat verib.
"Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsinin 1-ci hissəsi (hərəkət və dəmir yolu nəqliyyatının istismarı qaydalarını pozma) ilə cinayət işi açılıb", - deyə məlumatda qeyd edilir.
İdarədən onu da bildiriblər ki, qəza nəticəsində yük maşınının sürücüsü dünyasını dəyişib.
“İstintaq müəyyən edib ki, sentyabrın 26-da Smolensk vilayətinin Rudnya-Qolınki hissəsinin 439-cu kilometrliyində yerləşən dəmiryol keçidində iritonnajlı yük maşını işıqforun qırmızı işığında keçərkən yük qatarı ilə toqquşub.
Qəza qatarın relsdən çıxması və yanğınla nəticələnib. Yük maşını sürücüsünün öldüyü ehtimal edilir”, - deyə Nəqliyyat İstintaq Komitəsindən bildirilib.
Agentlik əlavə edib ki, müstəntiq hadisənin bütün hallarını, səbəblərini və şərtlərini müəyyən etmək üçün bir sıra istintaq hərəkətlərinə başlayıb.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 26 Sentyabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















