Icma.az
close
up
RU
Rusiyanın təbii ölümü sürətləndi: miqrantlar da incidilir...

Rusiyanın təbii ölümü sürətləndi: miqrantlar da incidilir...

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyada miqrantlara qarşı qanunlar sərtləşdirilir, bunun bir neçə səbəbi var: 1) Daxili “düşmən” obrazı – avtoritar rejimlərdə iqtisadiyyatda, sosial həyatda hökumətin bacarıqsızlığını “izah” etmək üçün mütləq daxili və xarici “düşmənlər” lazımdır. Xarici düşmənlər artıq var – Ukrayna, Avropa, Yaponiya, Avstraliya və s., daxildə bacarıqsız siyasəti isə miqratlara yükləmək ən rahat və asan yoldur; 2) Rusiyada siyasi-ictimai mobil qruplar yox dərəcəsindədir, ideologi siyasi partiyalar da yoxdur, əsas passionar kütlə etnik diasporlarda cəmləşib. Miqratlara qarşı Kremlin “səlib yürüşünün” məqsədlərindən biri də etnik diaspor təşkilatlarını zəiflətmək, onları hüquq-mühafizə orqanlarına tam tabe etmək, ciddi nəzarət mexanizmləri yaratmaqdır; 3) Miqrantları öz imperialist və işğalçı siyasətlərini həyata keçirmək üçün ölməyə hazır olan əsgərlərə çevirmək.

Axar.az xəbər verir ki, bu barədə ReAL sədri Natiq Cəfərli qeyd edib.

O xatırladıb ki, SSRİ dağılanda Rusiyanın əhalisi 148 mln. 514 min nəfər idi, 2025-ci ilin yanvarın 1-nə olan məlumata görə, əhali sayı 146 mln. 23 min nəfər olub:

“Yəni 35 ildə əhali nəinki artıb, hətta 2 mln. 491 min nəfər azalıb. Son 35 ildə Rusiya vətəndaşlığını qəbul edənlərin sayı 17-18 mln. nəfərə yaxın olub. Miqrantlar Rusiyaya gəlib yaşamasaydılar, vətəndaşlıq almasaydılar, bu gün Rusiya əhalisi 130 mln. nəfərə yaxın olardı, hətta daha aşağı rəqəmlər görərdik, çünki vətəndaşlıq alan miqrantların da övladları artıq Rusiya ərazisində dünyaya gəliblər. Başqa sözlə, yan təsirləri də nəzərə alsaq, miqrantlar olmasaydı, Rusiya əhalisi indi 125 mln. nəfərə ancaq çatardı.

Rusiyanın demoqrafiyasını heç miqrantlar da xilas edə bilmir – son 6 ildə ölənlərin sayının doğulandan daha çox olduğu görünür: Rosstatın məlumatına görə, Rusiya Federasiyasında əhalinin təbii azalması (ölümlərin doğumdan çox olması) aşağıdakı kimi qiymətləndirilir: 2019-cu ildə – 317,2 min nəfər, 2020-ci ildə – 688,7 min nəfər, 2021-ci ildə – 1 milyon 042,7 min nəfər, 2022-ci ildə – 599,6 min nəfər, 2023-cü ildə – 495,3 min nəfər, 2024-cü ildə – 596,2 min nəfər.

Yəni Rusiya təbii olaraq “ölür”, əhali azalır, miqrantlar olmasa, hətta ac da qala bilərlər, çünki miqrantların gördüyü işi rusiyalılar görmür-görmək istəmir. Bütün bunlara baxmayaraq, Kremlin israrla şovinist anti-miqrant siyasətinin izahı ancaq daxili problemləri ört-basdır etmək üçün “günah keçiləri” axtarışından başqa bir şey deyil, məntiqsiz yanaşmadır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://axar.az
archiveBu xəbər 02 Aprel 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri