Icma.az
close
up
RU
Rusiyanın təsirləri zəifləyir: Yeni sanksiyalar Moksvaya hansı problemlər yaşadacaq?

Rusiyanın təsirləri zəifləyir: Yeni sanksiyalar Moksvaya hansı problemlər yaşadacaq?

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar paketi qüvvəyə minib. Məhdudiyyətlər əsasən, Rusiyadan olan 22 banka, o cümlədən "T-Bank", "Surqutnefteqazbank" və "Bank Sankt-Peterburq"a tətbiq edilib. Sanksiyalar həmçinin "Şimal axını" qaz kəmərlərinin fəaliyyətinə də təsir göstərəcək. Eyni zamanda Aİ ölkələri Rusiyadan gələn neftin qiymət tavanını aşağı salmaq barədə razılaşıblar. Bununla yanaşı, sanksiyalar Azərbaycan, Hindistan, Çin, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Sinqapur və Mavrikiyadan olan 18 xarici şirkətə də aid edilib. Bu, regiona, Ukrayna ilə müharibəyə və Rusiyanın özünə necə təsir göstərəcək? Gedişatı və gözləntiləri necə proqnozlaşdırmaq olar?

Politoloq Natiq Miri Oxu.Az-a açıqlamasında deyib ki, Rusiya tətbiq olunan 18-ci sanksiya paketi öz təsirlərini göstərəcək:

"Çünki tətbiq olunan sanksiya paketi bank sistemi ilə paralel enerjidaşıyıcılarını da özündə ehtiva edir. Burada da xüsusilə qaz və neft önə çıxır ki, Rusiya büdcəsinin 50 faizindən çoxu da məhz bu sahələrdən gələn gəlir əsasında formalaşır. Paralel olaraq, Rusiyanın neft və qaz satdığı ölkələrə də ikincidərəcəli sanksiyalar tətbiq olunacaq. Həmçinin, Rusiya neftini daşıyan tankerlərin məxsus olduğu ölkələrə də sanksiyalar tətbiq olunacaq ki, bu sanksiyalara məruz qalmamaq üçün, Rusiya neftindən imtina etmək məcburiyyəti yaranacaq. Bu istər Hindistan, istər Çin, istərsə də digər dövlətlərə, eyni zamanda, Rusiyanın neftini daşıyan ölkələrə, onların şirkətlərinə şamil olunacaq. Bu baxımdan, Rusiyanın maliyyə imkanlarının zəifləyəcəyi ehtimalı böyükdür".

Ekspertin fikrincə, Rusiyanın maliyyə imkanları məhdudlaşsa, Ukrayna ilə müharibənin davamlı aparılmasında da ciddi çətinliklər yaşayacaq:

"Çünki müharibə aparmaq üçün iqtisadiyyat lazımdır. Mövcud şəraitdə isə Rusiyanın yüksəksəviyyəli iqtisadiyyatından və maliyyə imkanlarından mövcud şəraitdə danışmaq mümkün deyil. Ona görə də Ukraynaya ilə müharibəyə təsir etmək baxımından bu cür sanksiyalar tətbiq olunur və düşünürəm ki, bu sanksiyalar Rusiyanın maliyyə imkanlarına çox ciddi təsir edəcək.

Ümumiyyətlə, müharibə sadəcə cəbhə xəttində deyil, eyni zamanda, iqtisadi sahədə də aparılır. Çünki qarşı tərəfin iqtisadiyyatı tamamilə çökdürülərsə, maliyyə imkanları məhdudlaşdırılarsa, bu, həmin ölkənin tezliklə məğlub olmasına yol açır. Hazırda Aİ-nin də Moskvaya yürütdüyü siyasət budur. Əgər Amerika Birləşmiş Ştatları da sözünün ağası olsa, birbaşa Rusiya neftinə yönəlik ikincidərəcəli sanksiyalar tətbiq edəcək ki, bu da Rusiya iqtisadiyyatını çökdürəcək. Çünki Donald Tramp "Rusiya 50 gün müddətində atəşkəsə razı olmazsa, bundan sonra ondan neft alan ölkələrə 500 faizlik rüsum tətbiq edəcəyini" bildirib ki, bu da Rusiya neftindən kütləvi imtinaya gətirib çıxara bilər. Bununla yanaşı, Aİ də neftin satışı ilə bağlı tavan qiyməti 50 dollardan aşağıya endirib. Bu qiymətə nail oluna bilərsə, Rusiya öz neftini satsa belə, bu müharibəni istədikləri səviyyədə maliyyələşdirmək imkanına malik olmayacaq. Bu da dolayısı ilə Rusiyanı atəşkəsə məcbur edən iqtisadi amillərdən biridir".

"O ki, qaldı bu sanksiyaların regiona təsiri, təbii ki, neftin qiymətinin indiki vəziyyətdə dünya bazarında enməsinə Aİ-nin birbaşa təsir imkanları yoxdur. Ancaq alışla bağlı hələ də Avropada elə ölkələr var ki, Rusiyanın neftini, qazını almağa davam edirlər ki, bu da Rusiya büdcəsinin doldurulmasına xidmət edir. Eyni zamanda, neftin qiymətinin aşağı düşməsi Azərbaycanın büdcəsi üçün də o qədər arzuolunan bir məsələ deyil. Çünki Azərbaycanın 2025-ci il dövlət büdcəsi layihəsində neftin bir barelinin qiyməti 70 ABŞ dolları həcmində nəzərdə tutulub. Bu, aşağı düşərsə, Azərbaycanın büdcəsində də azalmalar müşahidə olunacaq. Açığı mən bunu bir faciə kimi yox, əksinə, bir fürsət kimi dəyərləndirirəm ki, əgər qeyri-neft sektorunu inkişaf etdirmək lazımdırsa, bu gün məhz o gündür. Yəni neftdən və qazdan, enerjidaşıyıcılardan asılı bir iqtisadiyyatdan yeni bir iqtisadi sahələrə inteqrasiya etmək qeyri-neft sektorunu inkişaf etdirmək, yeni istehsal sahələrini açmaq üçün bir stimul ola bilər. Ona görə də əlbəttə ki, bu sanksiyaların həm də region dövlətlərinə müəyyən mənada təsiri ola bilər", - N.Miri qeyd edib.

Analitikin sözlərinə görə, Rusiya özünün təsir dairəsi saydığı ölkələrə təzyiqlərini davam etdirir:

"Bu cür maliyyə imkanlarının məhdudlaşdırılması Rusiyanın Ukrayna bataqlığında batdığı bir zamanda, əl-qolunu bağlayacaq. Bu baxımdan, bu sanksiyalar öz təsirlərini müxtəlif sahələr üzrə göstərməyə davam edəcək ki, bunlardan biri də geosiyasətdir. Yəni Rusiyanın geosiyasi maraqlarına da ciddi zərbə vurulacaq".

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 İyul 2025 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri