Icma.az
close
up
RU
Rusiyanın təxribatları qaçılmazdır: Kreml Cənubi Qafqazdan asanlıqla əl çəkmək niyyətində deyil

Rusiyanın təxribatları qaçılmazdır: Kreml Cənubi Qafqazdan asanlıqla əl çəkmək niyyətində deyil

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Rusiya gecikmiş də olsa Vaşinqton görüşünə bir qədər pozitiv reaksiyasını açıqladı. Rusiyanın yanaşması adətən elədir ki, sülh prosesi ilə bağlı müsbət mövqe sərgiləyir, amma arxa planda əsl siyasətini, qara xəttini yeridir".

Bu barədə təhlükəsizlik üzrə ekspert, siyasi şərhçi İlham İsmayıl Bakıvaxtı.az-a açıqlamasında deyib.

Ekspert bildirib ki, Vaşinqton görüşü ərəfəsində Rusiyanın Ukrayna ərazisindəki SOCAR-ın bazasına zərbə vurması, qaz xəttinə ayıran bazanı hədəf alması da bu siyasətin tərkib hissəsidir:

"Rusiyadan bundan sonra da hansısa təxribatı gözləmək mümkündür. Çünki Rusiya birdən-birə Cənubi Qafqazı təkr etmək niyyətində deyil”.

Müsahibimiz xatırladıb ki, Rusiya 5 il öncə Azərbaycan və Ermənistanla üçtərəfli bəyannaməyə imza atsa da, bölgəyə "sülhməramlı" yerləşdirsə də, sülhü yaratmaqda maraqlı olmadı. Onun sözlərinə görə, məqsəd sülhü təsis etmək deyildi. Rusiyanın məramı "parçala, hökm sür" siyasətinə uyğun olaraq iki ölkə arasındakı münasibətlərin sülhə getməsinin qarşısını almaq idi:

“Moskva hər iki ölkədən, həm Azərbaycana, həm də Ermənistana təzyiq rıçağını saxlamağa çalışırdı. Prosesin əvvəli Kremlin əlindəydi, real güc onda idi və təəssüflər olsun ki, gücünü sülhü yaratmaq üçün sərf etmədi. Rusiya zənn edirdi ki, imperiya siyasətini davam etdirməklə Cənubi Qafqazda öz təsirini saxlaya biləcək. Amma elə olmadı və reallıqlar dəyişdi. ABŞ-də, Ağ Evdə ağ səhifə açıldı. ABŞ-nin artıq Cənubi Qafqazda siyasi-iqtisadi baxımdan gücü, təsiri artdı. Eyni zamanda Bakı və İrəvan üçün də Vaşinqtonla münasibərtlərdə yeni mərhələ başladı".

İlham İsmayıl: Bakı və İrəvan üçün Vaşinqtonla münasibərtlərdə yeni mərhələ başladı

Həmsöhbətimiz vurğulayıb ki, Rusiya və İran yeni mərhələnin kölgəsində qalmağa davam edirlər:

"Məhz Rusiya XİN sözçüsü Mariya Zaxarovanın da "biz üçtərəfli bəyanata uyğun olaraq kommunikasiyanın açılmasının tərəfdarıyıq" ifadəsi də bunu göstərir. Kreml Zəngəzur dəhlizinə nəzarətin 99 illiyə ABŞ-yə verilməsini qəbul etmir. Qarşıdakı dönəmdə reallığın dəyişəcəyinə ümid bəsləyirlər”.

İ.İsmayıl Rusiyanın Vaşinqton görüşünün nəticələri ilə bağlı bəyanatlarını qeyri-səmimi sayır. Dediyinə görə, bu, ilk növbədə Ermənistana mesajdır:

“Hədəfdə əsas İrəvan hökumətidir. Sadəcə başı Ukrayna ilə müharibəyə qarışmış Rusiya mövcud vəziyyəti daha çox gərginləşdirmək istəmir. Amma SOCAR bazasının hədəf alınması göstərdi ki, Rusiyanın təxribatları qaçılmazdır. Ona görə də bundan sonra ayıq-sayıq olmalıyıq".

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 13 Avqust 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see212

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see209

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see202

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see182

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see176

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see175

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see167

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see165

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see151

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see143

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see142

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see139

İranda etirazların səkkizinci günüdür

04 Yanvar 2026 09:16see137

ABŞ ın Venesuelada irimiqyaslı əməliyyat keçirəcək

04 Yanvar 2026 08:59see130

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri