Icma.az
close
up
RU
Rusiyanın təyyarə qəzası zamanı etdiyi ikinci böyük səhv

Rusiyanın təyyarə qəzası zamanı etdiyi ikinci böyük səhv

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli müdaxiləyə məruz qalması (HHM-dən açılan atəş nəticəsində) səbəbindən baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib.

Rusiya liderinin üzrxahlığı qədər Prezident İlham Əliyevin məsələyə necə reaksiya verəcəyi də maraqla gözlənilirdi. Ölkə başçısı bu gün sükutu pozdu. Prezident Azərbaycan Televiziyasına müsahibəsində AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasından və sonrakı proseslərdən danışdı.

Ölkə başçısı deyib ki, rəsmi Bakı açıq şəkildə Rusiya tərəfinə tələblərini bildirib:

“Dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırıldı. Bu, nədən ibarətdir? Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək”.

Ölkə başçısının tələbləri haqlı və beynəlxalq hüquqa uyğundur. Rusiya prezidentinin üzrxahlığı müsbət addım olsa da, hadisə bununla bitəcək qədər bəsit deyil. Rusiya AZAL-a məxsus sərnişin təyyarəsini qəsdən vurmamış ola bilər, lakin günahkardır. Hər şeydən öncə təyyarənin Qroznı, Mahaçqala və Minvod aeroportlarına enişinə icazə verilməməsi, Aktau hava limanına yönləndirilməsi, habelə Rusiya mediasının vurulma faktını təkzib etmək və ya məsuliyyəti Ukraynanın üzərinə atmaq cəhdi gözardı edilə bilməz.

Prezident deyib ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhəri yaxınlığında vurulub:
“Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir”.

Bu mənada Əliyevin ikinci və üçüncü tələbləri irəli sürməsi haqlı mövqedir.

Prezidentin vurğuladığı digər diqqətçəkən məqam Rusiya tərəfinin hadisəni ört-basdır etmək istəməsidir:

“Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir”.

Əslində Prezident fərqindədir ki, təyyarə qəsdən vurulmayıb, amma Rusiyanın günahı etiraf edib üzr istəmək yerinə hadisəni siyasi məqsədləri naminə istifadə etmək ya da ört-basdır cəhdi Kremli haqsız vəziyyətə salır. Prezidentin də dediyi kimi, Rusiya öz günahını etiraf etməli, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəməli və bunu ictimaiyyətə bildirməli idi.

Nəticə etibarilə Azərbaycan tərəfinin hadisəyə operativ reaksiyası, Prezidentin qətiyyəti və prinsipiallığı, çevik addımlar, real məlumatların yerli və beynəlxalq ictimaiyyətə operativ çatdırılması Rusiyanın cəhdlərini ifşa etdi. Ölkə başçısının son müsahibəsi isə həm də Moskvaya xəbərdarlıq idi.

Azərbaycan Rusiyanın düşməni deyil. Əksinə Moskva Bəyannaməsi ilə iki ölkə müttəfiqdir. Bundan başqa, iki ölkə birdən çox sahədə əməkdaşlıq edir. Bu mənada üzrxahlıq edilməsi münasibətlərin gələcəyi baxımdan prinsipial əhəmiyyət kəsb edirdi. Azərbaycan tərəfi hazırda günahkarların cəzalandırılması və kompensasiyanın ödənilməsini gözləyir.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Dekabr 2024 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri