Icma.az
close
up
RU
Rusiyanın təzyiq xarakteri daşıyan siyasi addımları Azərbaycanın siyasi iradəsinə təsir edə bilməz

Rusiyanın təzyiq xarakteri daşıyan siyasi addımları Azərbaycanın siyasi iradəsinə təsir edə bilməz

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

“Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan səfirinə şifahi nota təqdim etməsinin heç bir məntiqi əsası yoxdur. Çünki dövlət səviyyəsində qanunsuzluq, vandallıq aktları Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlılara qarşı törədilib və buna görə də məsuliyyəti, məhz Rusiya daşıyır”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu açıqlamasında bildirib ki, miqrantlara qarşı baş verən proseslər təsadüfi deyil və siyasi xarakterlidir.

Əli Zülfüqaroğlu

Siyasi şərhçi hesab edir ki, bu günə qədər AZAL-ın təyyarəsi vurulandan sonra Rusiya Azərbaycanın qanuni tələblərinə adekvat reaksiya vermədi, prosesinin gecikdirilməsi ilə bağlı addımlar atdı, günahkarların cəzalandırılması və həlak olanların ailəsinə təzminatın ödənilməsi prosesi həyata keçirilmədi. Əli Zülfüqaroğlunun fikrincə, bu da Rusiya tərəfindən bilərəkdən atılan addım idi və Rusiya bütün cəhdlərlə prosesi yubatdı.

“Digər tərəfdən, deputat Azər Badamovun Rusiyaya buraxılmaması da Azərbaycana verilən mesaj idi. Sonra Azərbaycanın internet informasiya resurslarına edilən hücumlar Rusiyanın Azərbaycana qarşı təzyiq xarakteri daşıyan növbəti davranışları idi”-deyən Əli Zülfüqaroğlu hesab edir ki, bu addımlar Azərbaycanın siyasi iradəsinə təsir edə bilməz.

“Bugünə kimi Azərbaycanın apardığı uğurlu diplomatik fəaliyyət Rusiyanın Azərbaycana qarşı son illərə, qələbəyə qədər istifadə etdiyi Qarabağ kartını və daha sonra lokal antiterror tədbirləri ilə separatizm kartını əlindən aldı. Azərbaycan eyni zamanda, yaranmış geosiyasi durumdan istifadə edərək beynəlxalq mövqelərini möhkəmləndirməyə nail oldu. Türkiyə, Pakistan və digər ölkələrlə bütün istiqamətlərdə əlaqələrini genişləndirdi. Beləliklə, Azərbaycan bölgədə geosiyasi reallıqları tamamilə dəyişdi və diktə edən tərəfə çevrildi”-deyə siyasi şərhçi qeyd edib.

Əli Zülfüqaroğlu bildirib ki, paralel olaraq Ermənistanla da kilsə və rusiyalı milyarder, eyni zamanda revanşist qüvvələr tərəfindən hökumətin devrilmə planlarının aparıldığını müşahidə edirik.

“Rusiya bölgədə Ermənistan və Azərbaycan ərazisində sülhün əldə olunmasından narahatdır. Rusiyanın girdiyi Ukrayna bataqlığı, istədiyi nəticələrin əldə olunmaması, mövqelərinin dünyada zəifləməsi və iqtisadi problemlərin önə çıxması bölgə dövlətləri ilə münasibətlərdə həssas olmağa vadar edir”-deyən siyasi şərhçi qeyd edib ki, Rusiya bunu etmək əvəzinə düşdüyü durumdan və sındırılmış imperialist maraqlarından qaynaqlanan aqressiv siyasəti yürütməklə, hansısa nəticə əldə etməyə çalışır.

Əli Zülfüqaroğlu hesab edir ki, bunun heç bir perspektivi yoxdur: “Azərbaycanla münasibətlərin pozulması ilk növbədə Rusiyanın maraqlarına ciddi zərbə vura bilər. Rusiya Azərbaycan və eyni zamanda bölgə dövlətləri ilə əvvəlki formada siyasət yürüdə və diktə dilində danışa bilməz. Azərbaycanla münasibətlərin pozulmasında itirən Rusiya olacaq”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 03 İyul 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see271

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see207

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see191

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see184

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see180

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see156

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see146

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see142

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see140

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri